|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq Böhran Qrupunun “Azərbaycan: həssas sabitlik” adlı hesabatına etiraz edən bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətinin yaydığı bəyanatda ayrı - ayrı beynəlxalq qurumların Azərbaycana maraq göstərmələrinin təbii olduğu bildirilir. Bunu Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider ölkəsi kimi qəbul olunması ilə izah edən YAP bildirib ki, hər hansı bir ölkə ilə bağlı hesabat hazırlayan beynəlxalq qurum sözügedən dövlət haqqında obyektiv və ədalətli təhlil verməyə borcludur: “Təəssüf ki, özünü Beynəlxalq Böhran Qrupu adlandıran qurumun təqdim etdiyi hesabatda biz bunu görmürük. Hesabatda Azərbaycanın ictimai - siyasi, sosial və iqtisadi vəziyyətini təhrif edən bir çox tezislər öz əksini tapıb. Bu gün bir sıra beynəlxalq maliyyə təşkilatlarının da qeyd etdiyi kimi, Azərbaycan regionun lider ölkəsi olmaqla, sosial - iqtisadi sahədə yüksək inkişaf tempinə malikdir. Ölkədə hakim olan sosial - iqtisadi, ictimai - siyasi sabitlik, demokratik dəyərlərin durmadan inkişafı bunun bariz nümunəsidir. Yeni iş yerlərinin açılması, orta və kiçik sahibkarlığın inkişafı, bank sektorunda həyata keçirilən islahatlar, təhsil sisteminin müasirləşdirilməsi Azərbaycan xalqı tərəfindən böyük məmnunluq hissi ilə qarşılanır. Əhalinin rifahı günbəgün yaxşılaşır, ölkədə islahatlar davamlı olaraq həyata keçirilir. Yəqin ki, sözügedən qurumun ”təhlilçiləri" Azərbaycanın ötən ilki reytinq cədvəlində ən islahatçı ölkələr sırasında dayandığını “unudublar”. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqının böyük əksəriyyəti prezident İlham Əliyevin siyasətini birmənalı olaraq müdafiə edir". Cavid TURAN 1021 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR |
| Yeni MÜSAVAT © 2008 |
|