 |
Siyasət
MÜSAVAT-CƏBHƏ BİRLİYİ YARANIR 2010-09-08 Müxalifətin seçki bloku bu gün elan olunacaq İsa Qəmbərlə Əli Kərimlinin dünənki görüşündə önəmli qərarlar qəbul olundu; blokun adı ilə bağlı isə püşk atılacaq
|
Dünən Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli və hər iki partiyanın rəhbərliyinə daxil olan şəxslər arasında görüş keçirilib. Müsavat Partiyasının qərargahında keçirilən və 4 saat çəkən görüşdə bir sıra ciddi qərarlar qəbul edilib. Görüşdə iştirak edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “Yeni Müsavat”a verdiyi xəbərdə deyilir ki, razılaşdırılan dairələrin sayı 91-ə çatıb: “Artıq 91 dairədə vahid namizədimiz var. Görüşdə əldə etdiyimiz razılaşmalara həm Müsavatdan olan millət vəkillərinin namizədliklərini irəli sürdükləri dairələr, həm də AXCP-nin önəmli funksionerləri ilə bağlı razılaşmalar daxildir. Müsavat Partiyasının 4 deputatının dairəsini razılaşdırdıq. Onlar öz dairələrində blokun vahid namizədləri olacaqlar. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 33 saylı dairədə mənə güzəştə getdi. 8 saylı dairədən Arzu Səmədbəylinin xeyrinə geri çəkilən AXCP sədrinin müavini Razi Nurullayev isə 23 saylı dairədən vahid namizəd olacaq”. Arif Hacılı isə bildirib ki, parlament seçkilərində namizədliyini hansı dairədən irəli sürəcəyi barədə məsələ hələlik açıq qalıb: Bununla bağlı hələ ki, konkret planı olmadığını deyən A.Hacılı parlament seçkisinə qatılmamaq ehtimalının olduğunu da açıqlayıb: “Ola bilsin ki, seçkiyə ümumiyyətlə qatılmadım”. Razılaşma əldə olunmayan 5-6 dairə var ki, həmin dairələrdə nə namizədlər güzəştə getmir, nə də partiyalar həmin namizədlərini dəstəkləməkdən imtina etmir. Bu sıraya 17 saylı Yasamal seçki dairəsi - Nüşabə Sadıxlı (Müsavat), Qənimət Zahid (AXCP); 20 saylı Nərimanov seçki dairəsi - Qubad İbadoğlu (Müsavat), Siracəddin Əkbər (AXCP); 29 saylı Səbayel seçki dairəsi Mehman Cavadoğlu (Müsavat), Həsən Kərimov (AXCP); 25 saylı Nizami seçki dairəsi - Rauf Arifoğlu (Müsavat), Məhəmməd Talıblı (AXCP); 115 saylı Şəki kənd seçki dairəsi - Adil Qeybulla (Müsavat), Sahib Kərimov (AXCP) daxildir. Bölgələrdə razılaşdırılmayan cəmi üç dairə qalıb. Bunlar 115 saylı Şəki kənd, 107 saylı Qazax, 120 saylı Cəbrayıl-Qubadlı dairələridir. F.Qəhrəmanlının dediyinə görə, bu gün də bir sıra dairələrdə razılaşmaların əldə olunması mümkündür. Seçki bloku rəsmən elan olunandan sonrakı müddətdə də razılaşdırılmış dairələrin sayının artacağı gözlənilir. Bu gün həmçinin AXCP Ali Məclisinin və Müsavat Divanının növbədən kənar iclası keçiriləcək. İclaslarda seçki blokunun yaradılması haqda qərar veriləcəyi gözlənilir. Fuad Qəhrəmanlının dediyinə görə, dünənki görüşdə blokun adı ilə bağlı da müzakirə aparılıb. Qərara alınıb ki, blokun adı ya “Müsavat-AXCP seçki bloku”, ya da “AXCP-Müsavat seçki bloku” olsun. Hansı variantın üzərində dayanılması isə püşklə müəyyənləşəcək. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu da bildirdi ki, bu gün Müsavat Divanının növbədən kənar iclası keçiriləcək. İclasda seçki blokunun yaranması məsələsi müzakirə ediləcək. Çox böyük ehtimalla Divan sentyabrın 7-də qəbul edilən razılaşmaları təsdiqləyəcək və AXCP ilə seçki bloku rəsmən yaranacaq. Tofiq Yaqublunun dediyinə görə, seçki bloku yalnız möcüzə nəticəsində yaranmaya bilər. Etibar SEYİDAĞA 2147 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|