 |
Siyasət
YAP SİYAHISINI AÇIQLAMADI 2010-09-08 Hakim partiya namizədlərini Müsavatla AXCP-dən sonra elan edəcək
|
Seçki kampaniyası dünən rəsmən başladı. Artıq sənədlərini Mərəkəzi Seçki Komissiyasına təqdim edən seçki blokları da var. Hakim Yeni Azərbaycan Partiyası isə dünən də deputatlığa namizədlərinin siyahısını açıqlamadı. Qeyd edək ki, hakim partiyanın siyahısını açıqlamaması indiyə qədər ən müxtəlif rəylərin ortaya çıxmasına səbəb olub. Bəziləri bunu hakimiyyətdəki qrupların siyahıya öz adamlarını daha çox yerləşdirmək uğrunda mübarizəsi ilə, bəziləri isə YAP-ın taktiki gedişi ilə əsaslandırır. YAP-ın rəhbərliyinə daxil olan şəxslər isə bir neçə dəfə bəyan ediblər ki, onlar müxalifətin namizədləri siyahısının açıqlanmasını gözləyirlər. YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə dünən mediaya müsahibəsində qeyd edib ki, siyahının açıqlanmaması partiyanın seçki taktikasıdır: “YAP seçkiyə tam hazırdır, partiyamız seçkidə qələbə çalmaq əzmindədir. Keçirdiyimiz bütün rəy sorğuları da bunu deməyə əsas yaradır. Eyni zamanda prezidentimiz və partiyamızın sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin əhali, seçicilər tərəfindən müdafiə olunması, bizim irəli sürəcəyimiz namizədlərin də müdafiə edilməsi, dəstəklənməsi bunu deməyə əsas verir. Hakim partiya növbəti seçkilərdə iştirak edəcək namizədlərini müəyyənləşdirərkən həmin namizədlərin partiyadakı əsas fəaliyyəti və seçicilər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələlərinə daha çox diqqət yetirir. Eyni zamanda, həmin şəxslərin - onlar YAP-ın parlamentdəki təmsilçiləri, yaxud da yenidən namizəd olacaq şəxslər ola bilər. O bölgədə, o əhatədə olan nüfuzu və əhali içərisində onlara veriləcək dəstək məsələləri də diqqət mərkəzindədir”. Deputat YAP-ın namizədlər siyahısının açıqlanması adı altında mətbuatda gedən ajiotajı başa düşmədiyini deyib: “Hər bir partiyanın seçki siyasəti, taktikası, strategiyası var. Hər bir partiya seçkiyə gedəcək namizədlərini, nümayəndələrini, yəqin ki, zamanında müəyyənləşdirir, vaxtı gələndə onu açıqlayır. Bu gün qanun bizə hansısa bir formada namizədlərimizin hansı dairədən gedəcəyini açıqlamağı məcbur etmir. Biz namizədlərimizi seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq zamanında açıqlayacağıq. YAP-ın siyahı problemi və bununla əlaqədar olaraq da hər hansı bir bağlı, qapalı söhbət yoxdur”. Dünən günün sonunda əldə etdiyimiz məlumatda isə deyilir ki, YAP Müsavat-AXCP seçki blokunun vahid namizədlər siyahısının elan olunmasından dərhal sonra namizədlərinin siyahısını açıqlayacaq. Bu hadisə isə hər halda ya bu gün, ya da sabah baş verə bilər. Çünki Müsavat-AXCP seçki bloku bu gün elan olunacaq. Etibar SEYİDAĞA 843 dəfə baxılıb
|
[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR [08.02.2012] - “BİZ “EUROVİSİON”a KİMİ ÇOX CİDDİ AKSİYALAR KEÇİRƏCƏYİK” [08.02.2012] - HAFİZ HACIYEVİ KİM ÖLDÜRMƏK İSTƏYİR? [08.02.2012] - RƏSUL QULİYEV GƏNC FƏALI ÖZÜNƏ MÜŞAVİR TƏYİN ETDİ [08.02.2012] - AZƏRBAYCAN BANKİRLƏRİ DƏ MÜXALİFƏTLƏ GÖRÜŞƏRMİ? [08.02.2012] - SABİQ YAP-çı COŞDU ARXIV
|