13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

DUİ-nin DEPUTATLIĞA NAMİZƏDLƏRİ TƏSDİQ OLUNDU

2010-09-09

Dünən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mərkəzi qərargahında partiyanın Ali Məclisinin növbəti toplantısı keçirilib. Tədbir Demokratiya Uğrunda İttifaqın (DUİ) parlament seçkilərində iştirak edəcək namizədlərinin təsdiq olunmasına həsr olunub. DUİ Sədrlər Şurasının üzvləri də toplantıya qatılıb.

Gündəlik təsdiq olunandan sonra deputatlığa namizədlərin adı tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Səsvermə fərdi qaydada aparılıb, nəticədə 70 nəfərlik siyahısı yekdilliklə qəbul olunub. Qeyd edək ki, namizədlər arasında KXCP sədri Mirmahmud Mirəlioğlu (Sumqayıt 42 saylı seçki dairəsi), AXP sədr Qiyas Sadıqlı (63-cü Sabirabad SD), BAP sədri Elşad Musayev (9-cu SD), Azadlıq Partiyasının sədri Əhməd Oruc və MQP-dən Vüqar Orucov (31-ci SD) da var.
Qeyd edək ki, Müsavat deputat qrupunun üzvü və DUİ-nin parlament təmsilçisi Pənah Hüseynin namizədliyi bu siyahıda 22-ci Nəsimi SD-dən irəli sürülüb. Onun sənədləri elə dünən həmin DSK-da qeydə alınıb.
Daha sonra Məclis KXCP-nin deputatlığa namizədlərinin səlahiyyətli nümayəndələrini təsdiqləyib, partiyanın seçkilərlə bağlı maliyyə məsələləri üzrə səlahiyyətli şəxslərini müəyyənləşdirib.
DUİ 11 dairədə Müsavatın, o cümlədən Müsavat deputat qrupunun üzvlərinin və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun namizədliyinin rəsmən müdafiə olunmasını təsdiqləyib. M.Mirəlioğlu və P.Hüseyn toplantıda çıxış ediblər. Onlar seçkilərə hazırlıq prosesinin gedişatından, sənədləşmə məsələlərindən bəhs edərək bu yöndə xüsusi çalışmaları ilə seçilən KXCP təmsilçilərinə və onların namizədliyini dəstəkləyən şəxslərə təşəkkürlərini çatdırıblar.

Elşad MƏMMƏDLİ

677 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008