23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

BAKIDA ORİJİNAL AKSİYA

2011-08-13

Gənclər paytaxtın mərkəzində dustaq paltarında siyasi məhbuslara dəstək verdilər

Gənc Siyasi Məhbusların Müdafiəsi Komitəsi 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə “Demokratiya məhbəsdə” şüarı ilə səssiz aksiya keçirib. Aksiya dünən saat 14.00-da Fəvvarələr bağında baş tutub. Aksiyada üç nəfər gənc məhbus geyimində, əllərində barmaqlıqlar içərisində yazılmış demokratiya plakatı tutaraq hərəkət ediblər. Onların arxasınca bir qrup gənc əllərində həbsdə olan gənclərin - Ruslan Bəşirlinin, Cabbar Savalanın, Bəxtiyar Hacıyevin, Tural Abbaslının, Əhəd Məmmədlinin, Elnur Məcidlinin, Rüfət Hacıbəylinin, Elnur İsrafilovun, Ülvi Quliyevin fotolarını tutublar.

Aksiyanı keçirməkdə məqsəd gənclərin həbsi ilə ölkədə demokratiyanın həbs olunduğunu, insan haqlarının kobud şəkildə pozulduğunu vətəndaşların nəzərinə çatdırmaq olub.

Aksiyanı maraqla izləyən vətəndaşlar fotolardakı gənclərin bəzilərini, xüsusən də Cabbar Savalanı tanıyaraq “biz sizinləyik”, “sizin tərəfinizdəyik” deyə mesajlar verib. Aksiya 15 dəqiqə davam edib. Qeyd edək ki, polisin aksiyadan xəbəri olmadığından tədbir qarşıdurmasız başa çatıb.
Xatırladaq ki, Azərbaycanda hazırda doqquz nəfər gənc siyasi fəaliyyətinə görə həbsdədir. Onların hüquqlarının müdafiəsi və azadlıqa çıxmalarına dəstək məqsədilə bir neçə gənclər təşkilatları birləşərək Gənc Siyasi Məhbusların Müdafiəsi Komitəsini yaradıblar. Bunlar Xalq Cəbhəsi, Müsavat, Azərbaycan Demokrat və Ümid partiyalarının gənclər təşkilatları, “Azad Gənclik”, “Nida”, İnsan Haqları Klubu, Cabbar Savalanın və Bəxtiyar Hacıyevin müdafiə komitələridir.

Fərahim İLQAROĞLU

4004 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

[23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO

[23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB

[23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI

[23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB

[23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ

[23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI

[23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI

[23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI

[23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM

[22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ

[22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR

[22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB

ARXIV

Yeni MÜSAVAT © 2008