 |
Son xəbər
GÜNEYLİ DEMOKRAT "YENİ MÜSAVAT"DA 2011-09-28
|
Bu gün İranda fəaliyyət göstərən Cənubi Azərbaycan Demokrat Partiyasının təmsilçisi Mahmud Bilgin "Yeni Müsavat" qəzetinin redaksiyasında qəzetin baş redaktoru Rauf Arifoğlu ilə görüşüb. 
Görüşdə iştirak edən əməkdaşımızın sözlərinə görə, baş redaktorla partiya funksionerinin söhbəti zamanı İranda yaşayan azərbaycanlıların vəziyyətinə, Urmu gölü ətrafında yaranmış duruma aid bir çox mövzulara toxunulub.
Qeyd edək ki, Mahmud Bilgin İsveçrədə yaşayır. O. 10 gündür ki, Bakıya gəlib, burada partiya liderləri və media təmsilçiləri ilə görüşlər keçirir.
musavat.com 2130 dəfə baxılıb
|