|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
ABŞ senatı Barak Obamanın borc limitinin yenidən artırılması istiqamətində təklifini qəbul etməyib. Bu isə yaxın zamanlarda borc məbləğlərində artım olarsa defoltun baş verəcəyi deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, hazırda ABŞ ən çox borca malik olan ölkədir: “Praktiki Amerikanın faiz borcu 16 trilyon dollara yaxınlaşıb. Hansıki bu ümumi daxili məhsuldan çoxdur. Eyni zamanda adambaşına düşən xarici borc məbləği 48 min dollardır. Amerikada hər bir şəxsin 48 min dollar borcu var”. Məlum olur ki, ABŞ-dan sonra ən çox borca malik ölkə Böyük Britaniyadır. Bu ölkənin 9 trilyon borcu var: “Böyük Britaniyada adambaşına düşən borcun məbləği 144 min dollar təşkil edir. Bu da Böyük Britaniyanın xarici borcunun ölkənin ümumi daxili məhsulundan 4 dəfə çox olması deməkdir. Britaniyadan sonra digər borclular sırasında Fransa, Yaponiya, Hollandiya, Ispaniya, İtaliya daxildir. Dünyada 15 ölkənin xarici borcu 1 trilyon dollardan çoxdur. Sadəcə digər ölkələrdən fərqi olaraq Amerika qanunvericiliyində borcların məbləği ilə bağlı limit var. Borclar həmin limiti keçərsə və qanunverici orqan limitin artırılması istiqamətində qərar qəbul etməzsə defolt qaçılmaz olur”. İqtisadçının sözlərinə görə, gözlənilən təhlükə artıq valyuta bazarlarında hiss edilməkdədir: “Belə ki, avronun dollara nisbətən məzənnəsinin azalması tendensiyası müəyyən qədər yumşalıb: “Son günlər avronun məzənnəsi 1 avro 1 dollar 26 sentdən 1 dollar 29 sentə qədər yüksəlib. Bu heç də Avropa Birliyində böhranın aradan qaldırılması ilə bağlı deyil. Amerikanın defolt təhlükəsi yaşaması səbəbindən avro ilə yığım kimi dollarla yığım da azalıb” (anspress).
2725 dəfə baxılıb
|
[22.02.2012] - TÜRKİYƏNİN "EUROVİSİON-2012" MAHNISI (VİDEO) [22.02.2012] - AZƏRBAYCANLI XAKER ERMƏNİ SAYTLARINI DAĞITDI [22.02.2012] - SABİRABADDA DƏHŞƏTLİ OLAY (FOTO) [22.02.2012] - ŞƏKİDƏ 13 YAŞLI OĞLAN İNTİHAR EDİB [22.02.2012] - ERMƏNİSTAN VƏ AZƏRBAYCAN ZİYALILARININ MOSKVA GÖRÜŞÜ BAŞ TUTUB [22.02.2012] - "ƏFV ƏRİZƏSİ YAZAN VİCDAN MƏHBUSU BURAXILA BİLƏR" [22.02.2012] - ZÜLFÜQARLI QARDAŞLARININ MƏHKƏMƏSİNDƏ QALMAQAL [22.02.2012] - "YAVRU VƏTƏN"də İZDİHAMLI XOCALI MİTİNQİ HAZIRLANIR [22.02.2012] - BAKIDA YAŞAYIŞ EVİ UÇUB [22.02.2012] - ƏFQANISTANDA ÖLDÜRÜLƏN NÜMAYİŞÇİLƏRİN SAYI ARTIR [22.02.2012] - BÜLBÜLƏ MƏSCİDİNİN AXUNDU HƏBS OLUNUB [22.02.2012] - ŞAGİRDLƏRİN BIÇAQ ZARAFATI QANLA BİTDİ [22.02.2012] - TBMM-in KOMİSSİYASI XOCALIYA DAİR BƏYANAT QƏBUL EDİB [22.02.2012] - İRANLI DEPUTATDAN BAKIYA AĞIR İTTİHAM [22.02.2012] - İSA QƏMBƏRLƏ 55 İLİN MÜSAHİBƏSİ (FOTOLAR) [22.02.2012] - İCTİMAİ PALATA XOCALI SOYQIRIMI İLƏ BAĞLI BƏYANAT YAYIB [22.02.2012] - İRAN ATOM ENERJİSİ AGENTLİYİNƏ “YOX” DEDİ [22.02.2012] - DUBAY MÖCÜZƏLƏR YARADIR [22.02.2012] - "YENİ AZƏRBAYCAN" ALMAN CƏBHƏSİ AÇDI [22.02.2012] - MSŞT KOALİSİYASI ŞİRKƏTLƏRİN DAVRANIŞINDAN NARAHATDIR |
| Yeni MÜSAVAT © 2008 |
|