 |
Son xəbər
İRAN NEFTİN QİYMƏTİNİN 150 DOLLAR OLACAĞINI DEYİB 2012-01-29
|
Iranın milli neft şirkətinin rəhbəri Əhməd Kəlehban bəyan edib ki, neftin bir barrelinin qiyməti 150 dollara çata bilər. Bu barədə İRNA agentliyinə istinadən Rusiya mətbuatı yazıb. Kəlehban öz hesabatında neftin qiymətinin nə vaxt sürətlə bahalaşmağa başlayacağı tarixi dəqiqləşdirməyib.
İki gün öncə Nyu-York birjasında yüngül neftin qiyməti 99,56 dollar civarında olub.
İranın baş neftçisinin bəyanatı bu ölkənin hakimiyyəti tərəfindən Avropa Birliyi ölkəsinə neft ixracının dayandırılması barədə müzakirələr aparması ilə bağlıdır.
Yanvarın 26-da Beynəlxalq Valyuta Fondu bildirib ki, əgər yaxın vaxtlarda başqa neft ixracatçıları tapılmasa, neftin dünya qiyməti 30 faiz bahalaşaraq 140 dollara çata bilər.
N.Asifli 2036 dəfə baxılıb
|