|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Yanvarın 27-də gecə saatlarından yağmağa başlayan qar həmişəki kimi Bakıda həyatı dondurdu. Qar özü ilə bərabər problemlər gətirdi. Əsas problem əhalinin içməli suyunun donaraq kəsilməsi oldu. Paytaxt yolları da buz bağladı və bu 2-3 gün ərzində bir çox yol qəzaları baş verdi. Şəhərdaxili sərnişin avtobuslarının fəaliyyətində də problemlər yaşandı. Bakı meriyası isə yalnız mərkəzi küçələri qardan təmizləməklə işini bitmiş saydı. Marşrutlararası interval pozuldu. Vətəndaşlar dayanacaqlarda saatlarla gözləməli oldular. Dünən Bakının nisbətən yüksəklikdə yerləşən Yasamal, Əhmədli kimi rayonlarının enişli-yoxuşlu keçələrində avtomobil qəzaları yaşandı. Qəzalara səbəb isə ara küçələrdə qarın təmizlənməməsi və asfalt örtüyünün tamamilə buz bağlaması idi. Şahidi olduğumuz qəzalardan biri isə Yasamaldakı Ş.Qurbanov küçəsində baş vermişdi. Enişli yolda qarın vaxtında təmizlənməməsi səbəbindən burada ard-arda iki avtoqəza oldu. Öncə “Hyundai” markalı avtomobil sürüşərək qaz borusuna çırpıldı. Xoşbəxtlikdən sürücü xəsarət almadı. Amma avtomobilin ön hissəsi tamamilə sıradan çıxdı. Ətrafdakı insanlar sürücüyə yardım etmək istərkən enişi enməkdə olan “Vaz 2107" markalı digər avtomobil sürücüsü qəza vəziyyəti yaradaraq ”Hyundai"nin bir metrliyində güclə durdu.
*** Azərbaycanın şimal bölgəsində də kəskin hava şəraiti çoxsaylı problemlər yaradıb. APA-nın məlumatına görə, bölgədə yollar buz bağladığından avtomobillərin hərəkəti məhdudlaşıb. Lakin elektrik enerjisinin verilişində və qaz təchizatında problemin olmadığı bildirilir. Quba avtovağzalının növbətçi hissəsindən APA-ya bildirilib ki, rayonun bir sıra ucqar dağ kəndlərinə avtomobillərin hərəkəti kəsilib. Səbəb isə həmin ərazilərdə qarın daha çox yağmasıdır. Fərahim İLQAROĞLU 4811 dəfə baxılıb
|
[22.02.2012] - TÜRKİYƏNİN "EUROVİSİON-2012" MAHNISI (VİDEO) [22.02.2012] - AZƏRBAYCANLI XAKER ERMƏNİ SAYTLARINI DAĞITDI [22.02.2012] - SABİRABADDA DƏHŞƏTLİ OLAY (FOTO) [22.02.2012] - ŞƏKİDƏ 13 YAŞLI OĞLAN İNTİHAR EDİB [22.02.2012] - ERMƏNİSTAN VƏ AZƏRBAYCAN ZİYALILARININ MOSKVA GÖRÜŞÜ BAŞ TUTUB [22.02.2012] - "ƏFV ƏRİZƏSİ YAZAN VİCDAN MƏHBUSU BURAXILA BİLƏR" [22.02.2012] - ZÜLFÜQARLI QARDAŞLARININ MƏHKƏMƏSİNDƏ QALMAQAL [22.02.2012] - "YAVRU VƏTƏN"də İZDİHAMLI XOCALI MİTİNQİ HAZIRLANIR [22.02.2012] - BAKIDA YAŞAYIŞ EVİ UÇUB [22.02.2012] - ƏFQANISTANDA ÖLDÜRÜLƏN NÜMAYİŞÇİLƏRİN SAYI ARTIR [22.02.2012] - BÜLBÜLƏ MƏSCİDİNİN AXUNDU HƏBS OLUNUB [22.02.2012] - ŞAGİRDLƏRİN BIÇAQ ZARAFATI QANLA BİTDİ [22.02.2012] - TBMM-in KOMİSSİYASI XOCALIYA DAİR BƏYANAT QƏBUL EDİB [22.02.2012] - İRANLI DEPUTATDAN BAKIYA AĞIR İTTİHAM [22.02.2012] - İSA QƏMBƏRLƏ 55 İLİN MÜSAHİBƏSİ (FOTOLAR) [22.02.2012] - İCTİMAİ PALATA XOCALI SOYQIRIMI İLƏ BAĞLI BƏYANAT YAYIB [22.02.2012] - İRAN ATOM ENERJİSİ AGENTLİYİNƏ “YOX” DEDİ [22.02.2012] - DUBAY MÖCÜZƏLƏR YARADIR [22.02.2012] - "YENİ AZƏRBAYCAN" ALMAN CƏBHƏSİ AÇDI [22.02.2012] - MSŞT KOALİSİYASI ŞİRKƏTLƏRİN DAVRANIŞINDAN NARAHATDIR |
| Yeni MÜSAVAT © 2008 |
|