|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycan hökuməti qar, şaxta, borana məhəl qoymadan vətəndaşları öz evlərindən küçəyə atmaqdan çəkinmir. Yanvarın 29-u, şaxtalı havada Dövlət Bayrağı Meydanı həndəvərində yaşayan 28 hərbçi ailəsinin yaşadığı binanı sökməyə başlayıblar. “Azvirt” şirkətinin işçiləri hərbçi ailələrinin evlərinə hücum çəkərək söküntü işlərini aparmağa cəhd ediblər. Bu zaman şirkət işçiləri ilə sakinlər arasında qarşıdurma yaranıb.
Bu barədə redaksiyamıza həmin bina sakinlərindən biri məlumat verib. Hadisə yerinə çatanda öyrəndik ki, bir qədər öncə sakinlər soyuq havada “Azvirt” şirkətinin nümayəndələri ilə mübahisə ediblər. Onlar belə havada evlərinin sökülməsinə etirazlarını bildiriblər. Belə ki, mülkiyyət sahiblərinə xəbərdarlıq edilmədən söküntüyə başlayıblar. Ancaq sakinlərin etirazından sonra əraziyə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nümayəndəsi Eldar Yunusov gəlib. Hərbçi ailələri meriya nümayəndəsinə öz təkliflərini irəli sürüblər. Vətəndaşlar tələb ediblər ki, ya qanun çərçivəsində normal kompensasiya ödənilsin, ya da onlara veriləcək mənzillərin dəyəri düzgün qiymətləndirilsin. E.Yunusov onların təklifinə bu həftə ərzində meriyadan cavab gələcəyini deyərək ərazini tərk edib. O, mülkiyyət sahiblərindən vaxt istəyib. Söküntü işləri isə müvəqqəti dayandırılıb.
Söhbət zamanı bəlli oldu ki, sakinlərə cəmi 10 min manat həcmində təzminat təklif olunur. Ancaq bu təzminat dövlət və onun rəsmi strukturlar tərəfindən yox, zərərçəkən ailələrin başçılarının çalışdığı hərbi hissə tərəfindən ödənilib. Bu isə təzminatdan çox, humanitar yardım xarakteri daşıyır. Narazı insanlar hər yerdə olduğu kimi onlara da kvadratı 1500 manatdan kompensasiya tələb edirlər.
Xatırladaq ki, Bayraq Meydanı ətrafında baş verən maxinasiyaları ictimailəşdirən, hərbçilərin hüquqlarını qoruyan “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov dekabrın 30-da həbs edilib. O, açıqlama vermişdi ki, Hərbi Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanov Meydan ərazisinin genişləndirilməsindən sui-istifadə edərək 28 hərbçi ailəsinin evlərini qanunsuz olaraq əllərindən alır, qarşılığında isə onlara naməlum mənbədən 10 min manat kompensasiya ödəyir. Emil SALAMOĞLU 4113 dəfə baxılıb
|
[22.02.2012] - TÜRKİYƏNİN "EUROVİSİON-2012" MAHNISI (VİDEO) [22.02.2012] - AZƏRBAYCANLI XAKER ERMƏNİ SAYTLARINI DAĞITDI [22.02.2012] - SABİRABADDA DƏHŞƏTLİ OLAY (FOTO) [22.02.2012] - ŞƏKİDƏ 13 YAŞLI OĞLAN İNTİHAR EDİB [22.02.2012] - ERMƏNİSTAN VƏ AZƏRBAYCAN ZİYALILARININ MOSKVA GÖRÜŞÜ BAŞ TUTUB [22.02.2012] - "ƏFV ƏRİZƏSİ YAZAN VİCDAN MƏHBUSU BURAXILA BİLƏR" [22.02.2012] - ZÜLFÜQARLI QARDAŞLARININ MƏHKƏMƏSİNDƏ QALMAQAL [22.02.2012] - "YAVRU VƏTƏN"də İZDİHAMLI XOCALI MİTİNQİ HAZIRLANIR [22.02.2012] - BAKIDA YAŞAYIŞ EVİ UÇUB [22.02.2012] - ƏFQANISTANDA ÖLDÜRÜLƏN NÜMAYİŞÇİLƏRİN SAYI ARTIR [22.02.2012] - BÜLBÜLƏ MƏSCİDİNİN AXUNDU HƏBS OLUNUB [22.02.2012] - ŞAGİRDLƏRİN BIÇAQ ZARAFATI QANLA BİTDİ [22.02.2012] - TBMM-in KOMİSSİYASI XOCALIYA DAİR BƏYANAT QƏBUL EDİB [22.02.2012] - İRANLI DEPUTATDAN BAKIYA AĞIR İTTİHAM [22.02.2012] - İSA QƏMBƏRLƏ 55 İLİN MÜSAHİBƏSİ (FOTOLAR) [22.02.2012] - İCTİMAİ PALATA XOCALI SOYQIRIMI İLƏ BAĞLI BƏYANAT YAYIB [22.02.2012] - İRAN ATOM ENERJİSİ AGENTLİYİNƏ “YOX” DEDİ [22.02.2012] - DUBAY MÖCÜZƏLƏR YARADIR [22.02.2012] - "YENİ AZƏRBAYCAN" ALMAN CƏBHƏSİ AÇDI [22.02.2012] - MSŞT KOALİSİYASI ŞİRKƏTLƏRİN DAVRANIŞINDAN NARAHATDIR |
| Yeni MÜSAVAT © 2008 |
|