 |
Son xəbər
HƏMMƏRUZƏÇİLƏR QARA GÖRƏ BAKIDAN GEDƏ BİLMƏYİBLƏR 2012-02-03
|
Azərbaycan paytaxtında hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt Bakını tərk edə bilməyiblər. APA-nın məlumatına görə, Azərbaycana səfərlərini dünən başa vuran həmməruzəçilər jurnalistlər üçün brifinq keçirdikdən sonra aeroporta getməli olsalar da, hava şəraiti ilə əlaqədar onların uçmalı olduğu reys təxirə salınıb. Həmməruzəçilərin Bakını bu gün tərk edəcəklər.
Qeyd edək ki, 31 yanvar – 2 fevral tarixlərində Azərbaycanda səfərdə olan həmməruzəçilər dünən hava şəraiti ilə əlaqədar səfər proqramında nəzərdə tutulan Quba səfərini də təxirə salmışdılar.
Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini bu gün qismən bərpa edib. Bu gün təxirə salınmış bir sıra reyslərin həyata keçiriləcəyi gözlənilir.
595 dəfə baxılıb
|