 |
Son xəbər
300 MİLYON AVRO DA BELƏ GETDİ 2012-02-03 Azərbaycan hökuməti Serbiyada körpü tikintisinə kredit ayırıb
|
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə Serbiyanın xarici işlər naziri Vuk Yeremiç Liq-Prelina yolunun11 sahəsinin tikintisinə Azərbaycanın 300 milyon avro kredit ayırması haqqında saziş imzalayıblar. Serbiyanın Azərbaycandakı səfirliyindən AzərTAc-a bildiriblər ki, sənəd serbiyalı nazirin Azərbaycana birgünlük səfəri çərçivəsində imzalanıb.
Sazişin imzalanmasından sonra V.Yeremiç bildirib ki, bu, Azərbaycan ilə Serbiya arasında əlaqələrin möhkəmləndirilməsi baxımından çox mühüm addımdır. Azərbaycan hökuməti bu krediti çox əlverişli şərtlərlə ayrıb. Layihədə 60 körpünün, 5 tunelin tikintisi nəzərdə tutulub.
Serbiyaya yol sahəsinin tikintisi üçün kredit 3 ili güzəştli dövr olmaqla, 15 il müddətinə 4 faizlə verilib. Avtomagistral tikintisi Azərbaycan və Serbiya şirkətləri tərəfindən birlikdə həyata keçiriləcək. Kredit sazişi Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının ötən ilin noyabrında Belqradda keçirilən iclasında razılaşdırılıb. Bu fakt əslində Azərbaycanda korrupsiyanın hansı həddə olmasının rəsmi təsdiqidir. Bu məsələyə 2 aspektdən yanaşmaq lazımdır. Birinci aspekt. Bu informasiya Azərbaycanda körpü-tunel layihələrinin maya dəyərinin ifrat həddə şişirdildiyi barədə iddiaları bir daha yəsdiq edir. 300 milyon avroya 60 körpü və 5 tunel tikilirsə, orta hesabla bir körpüyə 4,6 milyon avro xərclənmiş olur. Bu isə Azərbaycandakı analoji layihələrdən dəfələrlə aşağıdır. Məsələn, Zaqatalada Talaçay üzərində cəmi 172 metr uzunluğu olan körpünün tikintisinə 8,8 milyon manat xərclənib. Şəkinin Şin çayı üzərindəki körpüyə isə 2006-2010-cu illərdə üst-üstə 22 milyon manat xərclənib. Bu pula Serbiyada 5 körpü tikmək olar. Onu da qeyd edək ki, Serbiyada bu tip layihələrdə əmək haqqı fondu çox yüksəkdir. Azərbaycan fəhləsi bu tip layihədə ən yaxşı halda 400-500 avro əmək haqqı alırsa, Serbiya fəhləsi analoji işə görə ən azı 2500-3000 avro qazanır. Bu faktı ona görə xatırlatdıq ki, Avropada yol-körpü layihələrinin smetasında əmək haqqı fondu yetərincə yüksək olur. Yəni Azərbaycandakı əməkhaqqı fondu ilə hesablasaq, Serbiyadakı körpü tikintisi daha ucuz başa gələ bilər. İkinci aspekt. Azərbaycan Serbiyaya kredit ayırmaq qüdrətindədirsə, onda niyə ölkənin özündə həyata keçirilən layihələrə xaricdən kredit cəlb edilir? Hazırda Azərbaycanın beynəlxalq təşkilatlardan aldığı kreditlərin məbləği 4,5 milyard dollardan çoxdur və bu il daha 1 milyard xarici kreditin cəlb edilməsi nəzərdə tutulur. Burada söhbət ondan gedir ki, hakimiyyət xarici kreditləri cəlb etməklə böyük məbləğli xarici borclanmaya gedir və borcların əhəmiyyətli kəsimini gələcək nəsillərin üzərinə yükləyir. Eyni zamanda, indiki resursların bir hissəsini xarici ölkələrə borc şəklində verir ki, burada da oliqarx məmurların şəxsi biznes maraqları önə çəkilir – Serbiyada sözü gedən layihənin icrasına Azərbaycan şirkətləri də cəlb ediləcək və istisnasız olaraq bu yüksək ranqlı məmurlardan birinə yaxın şirkət olacaq. Böyük ehtimalla, pərdəarxası danışıqlarda belə bir razılaşma əldə edilib ki, kredit yalnız konkret şirkətlərin layihədə iştirak etməsi şərti ilə verilir. Bu da korrupsiyanın “sivil” təzahürlərindən biridir. Yada salaq ki, Baki-Tiflis-Qars dəmir yolu layihəsində oxşar situasiya yaranmışdı. Layihənin ümumi dəyəri 775 milyon dollar təşkil edirdi. Azərbaycan Gürcüstanın layihədəki payını maliyyələşdirmək üçün bu ölkəyə 200 milyon dollar kredit ayırmışdı (kreditləşdirməni Azərbaycan Beynəlxalq Bankı həyata keçirib – red.). Kredit bu şərtlə ayrılmışdı ki, dəmiryolu xəttinin Gürcüstan hissəsinin tikintisini Azərbaycanın “Azərinşaatservis” şirkəti həyata keçirəcək. Belə də oldu. Nəqliyyat naziri Məmmədovun himayəsində olan “Azərinşaatservis” layihənin Gürcüstandakı hissəsinin tikintisini həyata keçirdi. Hətta bu layihəyə əlavə vəsait də ayrıldı. İndi Gürcüstan nümunəsi Serbiyada təkrarlanır – korrupsiya sərhəd tanımır.
İqtisadiyyat şöbəsi 3255 dəfə baxılıb
|
[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ [22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR [22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB ARXIV
|