 |
Son xəbər
BAKININ MƏRKƏZİ ZÜLMƏTƏ QƏRQ OLDU 2012-02-04
|
Soyuq hava şəraiti paytaxtın mərkəzində həyatı dondurub. Aldığımız məlumata görə H.Aslanov küçəsinin sakinləri 6 saatdır ki, işıqsızdırlar. Bu barədə "musavat.com"a məlumat verən sakinlər bildiriblər ki, yaşadıqları küçəyə 5 gündür ki, su verilmir. Fevralın 2-si axşamdan isə qazın verilişi dayandırılıb. Sakinlər deyirlər ki, aidiyyatı qrumlara problemlərlə bağlı şikayət etsələr də bunun bir nəticəsi olmayıb.
Fərahim 1972 dəfə baxılıb
|