23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

İRƏVANIN AĞDƏRƏ KÖMÜR YATAQLARINI TALAMAQ QƏRARINA İLK TƏPKİLƏR GƏLDİ

2012-02-05

İqbal Ağazadə: “Bu işlərin qarşısını almaq üçün orda suveren hüquqlarımızın bərpası lazımdır”
Rəşid Hacılı: “Qanunvericiliyin pozulması ilə bağı Azərbaycan beynəlxalq səviyyədə məsələ qaldıra bilər”
Seyran Səxavət: “Buna heç bir yolla imkan vermək olmaz”

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən təbii sərvətləri talamağı genişləndirərək bunu hökumət qərarı ilə də rəsmiləşdirib. Ötən sayımızda xəbər verdiyimiz kimi, düşmən ölkənin Nazirlər Kabineti “İrəvan İES”in Qarabağ kömürü ilə işləməsinə dair rəsmi qərar verib. Bu ölkənin baş naziri Tiqran Sərkisyan bildirib ki, daş kömür filizi işğal altındakı Ağdərə rayonu ərazisindən çıxarılacaq və Kəlbəcər üzərindən daşınıb aparılacaq.

Artıq İrəvan daş kömürü daşımaq üçün “Hana-Trans” adlı nəqliyyat şirkətlə müqavilə də bağlanıldığını rəsmən bəyan edib. Ermənistan hökumətinin rəsmi qərarı və hakimiyyət nümayəndələrinin açıqlamaları Azərbaycanın rəsmi qurumları tərəfindən hələ ki, hər hansı reaksiya doğurmayıb. Ermənilər Ağdərənin mis yataqlarını artıq tamamilə talan edib və indi də daş kömürü talamağa qərar veriblər. İrəvanın talançılıq siyasətini rəsmiləşdirməsi Azərbaycana bu məsələni beynəlxalq səviyyədə qaldırmaq üçün hüquqi əsaslar verir.
Keçmiş Qarabağ döyüşçüsü, deputat İqbal Ağazadə hesab edir ki, bu məsələlərin qarşısını almağın yeganə yolu işğal altındakı əraziləri geri qaytarmaqdır: “Başqa heç bir tədbir, beynəlxalq təşkilat iqtisadi münasibətləri, yaxud bu tipli əlaqələri durdura bilməz. Bu işlərin qarşısını almaq üçün orda Azərbaycanın yurisdiksiyası, suveren hüquqlarını bərpası lazımdır. Yoxsa digər məsələlərə əbəs yerə vaxt itirməyə dəyməz. Hesab edirəm ki, bu prosesi durdurmaq da mümkün deyil, özümüz-özümüzü aldatmayaq. Dövlət strateji olaraq seçməlidir ki, mən neçə il ərzində bu problemi hansı yolla həll edə bilərəm”.
İ.Ağazadə deyir ki, torpaqların taleyi ilə bağlı problemin həlli bu qədər uzanmamalıdır: “Bu məsələni ATƏT-in Minsk Qrupu çərçivəsində, beynəlxalq təşkilatlar çərçivəsində də qoymaq lazımdır. Sabah işğalçılığın davam etməyəcəyinə də heç bir ümid yoxdur. Bütün bunları sistemli şəkildə qoyub Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində çalışmaq lazımdır. Yoxsa XİN bir bəyanat verəcək, bir məktub BMT-yə, yaxud AŞ, AB-yə göndəriləcək, bu, nəyi dəyişəcək?”
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı deyir ki, Azərbaycan qanunvericiliyinə görə, işğal altındakı yeraltı və yerüstü sərvətlər Azərbaycan dövlətinə məxsusdur: “Bu mənada qanunvericiliyin pozulması ilə bağı Azərbaycan beynəlxalq səviyyədə məsələ qaldıra bilər. Amma bu məsələ beynəlxalq mübahisənin subyekti deyil. Yəni bu münaqişə fonunda yerin təkindən istifadə ilə bağlı Azərbaycan qanunvericiliyinin pozulması ola bilər ki, çox ciddi məsələ kimi ortaya çıxmasın. Ətraf mühitin mühafizəsi, məsələn, ağacların qırılması, tarixi abidələr, mədəniyyət sərvətləri ilə bağlı vandalizm olanda bu, qlobal məsələ olduğu üçün məsələnin beynəlxalq miqyasda qaldırılması asandır. Əgər orda yerin təkindən istifadə zamanı ətraf mühitə, o cümlədən çaylara, su mənbələrinə, meşələrə ciddi zərər dəysə, o halda bu məsələ beynəlxalq səviyyədə qaldırıla bilər”.
R.Hacılı deyir ki, mövcud reallıqları nəzərə alsaq, Ermənistan münaqişə tərəfi olduğu üçün Azərbaycanın ona təsir etmək imkanı yoxdur: “Başqa bir üçüncü ölkə bu daş kömürü alsaydı, o halda məsələ qaldırmaq, prosesin qarşısını almaq olardı. Ancaq fakt budur ki, Ermənistan açıq-aşkar özbaşınalıqlarını davam etdirir. Bu mənada qlobal miqyasda qaldırılması mümkün olan ipucları tapmaq lazımdır. Çünki sadəcə yerin təkindən istifadə etməyə görə bunu etmək mümkün deyil. Məsələn, bu işlər zamanı Ağdərədən Azərbaycanın digər ərazilərinə axan çaylar çirkləndirilirsə, yaxud ekologiyaya zərər vurursa, bu məsələləri beynəlxalq miqyasda qaldırmaq olar”.
Amma hüquqşünas da deyir ki, Azərbaycan təbii sərvətlərinin talanması prosesinin qarşısını almaq üçün beynəlxalq dəstəyə ümid etməyib torpaqlarını işğaldan azad etmək barədə düşünməlidir.
Qarabağın nüfuzlu ziyalılarından biri, yazıçı Seyran Səxavət isə bu fikirdədir ki, bütün variantlardan istifadə edib ermənilərin bu addımını durdurmaq lazımdır: “Əgər Ermənistan bu istəyini reallaşdırsa, bu, güclü dediyimiz ordumuzu da gözdən salar, Azərbaycanın qapazaltı olduğunu sübut edən fakt olar. Topxanada bir ağacın qırılmasına görə vaxtilə nələr oldu? Bu xəbər mənə Topxana hadisələrini xatırlatdı. Buna heç bir yolla imkan vermək olmaz”.
Yazıçının sözlərinə görə, Ermənistanın Ağdərədə daş kömür çıxartması İranın nüvə silahına malik olmaqla bağlı cəhdlərinə bərabər hadisədir. Ona görə də Amerika İranın addımlarını durdurmaq üçün zəruri addımlar atdığı kimi, Azərbaycan da öz miqyasında nüvə probleminə bərabər Qarabağ problemini həll etmək, həmçinin Ermənistanın talançılığına son vermək istiqamətində addımlarını müəyyənləşdirməlidir: “Qoy müvafiq qurumlar, aidiyyəti orqanlar bu qəsdin qarşısını almaq üçün baş sındırsınlar. Başlarını sındırsınlar ki, son anda millət, xalq sınmasın”.

Elşad PAŞASOY

2554 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

[23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO

[23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB

[23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI

[23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB

[23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ

[23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI

[23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI

[23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI

[23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM

[22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ

[22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR

[22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB

ARXIV

Yeni MÜSAVAT © 2008