23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

TÜRKİYƏLİ YAZARDAN YANLIŞ VƏ TƏHLÜKƏLİ MÖVQE

2012-02-04

Türkiyəni və Azərbaycanı məzhəb ayrımı ilə ayırmaq cəhdi göstərilir

Türkiyədə fəaliyyət göstərən "Habertürk" qəzetinin yazarı Fateh Altaylının ziddiyyətli bir yazısı dərc olunub.

Yaxın Şərqdə Türkiyəyə qarşı məzhəb savaşı açmaq planından bəhs edən yazıda Azərbaycanın və onun dövlət başçısının da əleyhinə bir sıra mülahizələr var. Müəllif iddia edir ki, Türkiyəyə qarşı savaşa Azərbaycan da daxil ola bilər, çünki Türkiyədə sünnilər üstünlük təşkil edir, Azərbaycan isə şiə ölkəsidir.

F.Altaylı yazır ki, Azərbaycanın İran və Suriyaya qoşulma potensialı var: "Bölgəni bilən bir dostum "Azərbaycanı İranın, Suriyanın səfində görsən, şaşırma" demişdi. Haqlı".

F.Altaylı Azərbaycanla İranın məzhəb birgəliyinə görə iç-içə olduğunu yazır: "İranı idarə edən 7 nəfərlik komitənin, ayətullah Xamneyi daxil olmaqla, 5-i şiə azərbaycanlılardır. Əliyev də kürd kökənli şiədir".

Müəllif düşünür ki, indiki dönəmdə Azərbaycanın İranın yanında yer almasının tək əngəli ABŞ-dır.  

Qeyd edək ki, Türkiyənin çox tanınan fikir adamalarından biri, AKP-yə yaxınlığı ilə seçilən Fateh Altaylı "Habertürk" qəzetinin baş yazarıdır.

Beləliklə, son vaxtlarda qardaş ölkədə Azərbaycana dil uzadanların və onun Türkiyə ilə arasını vurmaq istəyənlərin sayı artmaqdadır. Hələlik bunun əsl səbəbi bilinmir.

4682 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

[23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO

[23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB

[23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI

[23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB

[23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ

[23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI

[23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI

[23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI

[23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM

[22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ

[22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR

[22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB

ARXIV

Yeni MÜSAVAT © 2008