23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

İP-dən DAHA BİR BƏYANAT (TAM MƏTN)

2012-02-04

İctimai Palata hava şəraiti ilə əlaqədar yaranmış problemlərin həllində dövlət orqanlarının fəaliyyətsiziliyinə dair bəyant yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:

"Bir neçə gündur ki, davam edən qarlı və şaxtalı hava Azərbaycanda xüsusilə də onun paytaxtında və ətraf kəndlərdə ciddi narazılıqlar yaradıb. Son illər on milyardarla manat sərmayə qoyulmasına baxmayaraq  şəhər kommunal, nəqliyyat təsərrüfatının bərbad vəziyyətdə olması və pis idarəçilik səbəbindən  havalar soyuyan kimi elektrik enerjisi, su, istilik və  qaz təchizatında  problemlər yaranır. Belə ki, Bakı şəhərində bəzi binaların daxili və xarici istilik kəmərləri, qazanxanalar sıradan çıxmış, su təminatı isə tamamilə dayanmışdır.
Yol və nəqliyyat  təsərrüfatının üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməməsi ucbatından, qardan təmizlənməmiş, duz  səpilməmiş yolların buz bağlaması nəticəsində sərnişin daşıyan avtobusların, avtomobillərin hərəkəti əsasən dayanıb,  paytaxtda sakinlərinin  işə getmələri və gəlmələri çətinləşib. Eləcə də ölkənin rayonlarını Bakı şəhəri birləşdirən  magistral yollar bağlanmış, ölkənin paytaxtı ilə  bir çox regionlar arasında əlaqə kəsilmişdir. Eyni zamanda  bir sıra rayonlarda nəqliyyat sistemində yaranmış problemin nəticəsində mağazaların ərzaq, xüsusilə də çörək təminatında da problemlər yaranmağa başlanmışdır.
Bütün bu baş verənlər Bakı şəhər və həmçinin rayonların təsərrüfatının qışa hazır olmamasının əyani göstəricisidir. Bu məqsədlə planlaşdırılan vəsaitlərin çox hissəsinin vaxtında təyinati üzrə xərclənməməsi və yaxud təyinatı üzrə səmərəsiz xərclənməsi, işlərin keyfiyyətsiz görülməsi, şəhər, yol, nəqliyyat, mənzil, komunal, istilik, qaz, su,  elektrik enerjisi və fövqəlada hallar  sahəsində pis idarəçilik hətta ölkə vətəndaşlarının həyatları bahasına başa gələn hadisələrin baş verməsinə səbəb olmuşdur.
Son məlumata görə, bu günlər ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasına 1239 müraciət daxil olub. Müraciət edənlərin 132 nəfəri travma alıb ki, bunun 66 nəfəri sürüşmə nəticəsində xəsarət alanlardır. Ümumilikdə travma alanlardan 87 nəfər xəstəxanaya çatdırılıb. Küçələrin təmizlənməməsi nəticəsində xəsarət alanlardan isə 60 nəfəri xəstəxanaya çatdırılıb. Bundan əlavə  yalnız son  bir sutka ərzində onlarla  yol qəzası  olub. 18 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənmə nəticəsində 1 azyaşlı uşaq ölüb. 4 nəfər isə donvurma nəticəsində xəstəxanaya yerləşdirilib, onlardan 1-i dünyasını dəyişib.
Belə fəlakət statistikanın hər  qış bir neçə dəfə təkrar olunmasına baxmayaraq əlaqədar orqanlar öhdələrinə düşən işləri hələ də  məsuliyyətlə yerinə yetirmirlər. İctimai Palata hesab edir ki, onun əsas səbəblərindən biri hakimiyyətdə özbaşınalıq, mövcud sistemdə məsuliyyətsizlik, təsərrüfatsızlıq və  korrupsiya ilə əlaqədardır. Uzun illər mənzil-kommunal təsərrüfatlarında, yol nəqliyyat sektorunda islahaların aparılmaması bu sahədə problemləri ildən ilə çoxaldır.
İctimai Palata hesab edir ki,  bütün bunların yaranmasının başlıca səbəbi bu hakimiyyətin idarəçilik qabiliyyətinin tam tükənməsi, qışa  hazırlıq işlərini vaxtında görməməsi ilə izah olunmalıdır. İctimai Palata mövcud hakimiyyətdən hazırkı vəziyyətdə təcili təxirə salınmaz tədbirlərlə yaranmış problemləri həll etməsini və eyni zamanda mövcud problemlərin yaranmasına günahkar olanların məsuliyyətə cəlb olunmasını tələb edir".

musavat.com

1411 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

[23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO

[23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB

[23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI

[23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB

[23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ

[23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI

[23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI

[23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI

[23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM

[22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ

[22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR

[22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB

ARXIV

Yeni MÜSAVAT © 2008