|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
İctimai Palatanın sessiyasında çıxış edən AXCP sədri Əli Kərimli İP-in ötən ay fəaliyyəti ilə bağlı qısa xrnonikaya toxundu. O, daha sonra qeyd etdi ki, İP iqtidarda olmasa da, Azərbaycan xalqının rəsmi sözçüsü statusunu əldə etməkdədir: “2012-də bizim əsas hədəfimiz yeni xalq hərəkatını başlatmaqdır. Bu zaman kütləvi hərəkatlar gündəmə gəlir. Biz həmin aksiyalara hazırlaşmalı, fəaliyyətimizi əsasən bu istiqamətə yönəltməliyik. Biz hər şey etməliyik ki, bizim apardığımız proses kütləvi olsun, xalqla birlikdə olsun. Biz imkan verməməliyik ki, hakimiyyət növbəti repressiyalara başlaya bilməsin. Bunun üçün bizim hərəkatımız kütləvi olmalıdır. Biz dəyişiklik kursu kimi ərəb ölkələrində olan modeli deyil, MDB məkanında, Rusiyada olan modeli-qansız-qadasız və tədrici dəyişiklik modelini seçməliyik. Biz dinc, qansız və demokratik mübarizə tərəfdarıyıq. Biz ölkədə rejim əleyhinə olan bütün qüvvələrin, bu gün bizimlə birgə olmayan müxalif qüvvələrin də bir araya gəlməsini təmin etməliyik. Yetər artıq müdafiədə olmaq. Gündəmi biz müəyyənləşdirməliyik. Bunun üçün də kütləvi xalq hərəkatlarını hazırlamalıyıq. Biz parlament və prezident seçkilərinin vaxtından əvvəl keçirilməsini təmin etməliyik. Çünki bizdə hər iki seçki qanuni keçməyib. Belə bir fürsət yaranan kimi, ondan istifadə etməliyik. iz bu iradəni, bu gücü ortaya qoymalıyıq”. Əli bəy bildirdi ki, bunun üçün ciddi hazırlıqlar var: "Minlərlə insanlarımız "Eurovosion"a siyasi dustaqların şəkilləri olan köynəklər geyinib, dünyanın hər yerindən gələn jurnalitlərin qarşısına çıxacaq. Özünü rüsvay etmək istəmirsənsə, bizim əqidə dostlarımız azad etməlisən". Fərahim İLQAROĞLU
1681 dəfə baxılıb
|
[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ [22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR |
| Yeni MÜSAVAT © 2008 |
|