23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

İRAN BƏZİ AVROPA ÖLKƏLƏRİNƏ NEFT VERMƏYƏCƏK

2012-02-04

Tehran bir barrel neftin ixracına qadağa qoyulacağı halda belə, ABŞ-ın təzyiqinə məğlub olmayacaq. İranın neft naziri Rüstəm Qasimi bunu bəyan edib. O, təxribat və siyasi təzyiq səbəbindən hər hansı ölkəyə güzəştə getməyəcəklərini və qanuni hüquqlarından əl çəkməyəcəklərini bildirib.

Rüstəm Qasimi bir daha deyib ki, Avropa Biriyinin neft embarqosu İranın iqtisadiyyatına zərər vurmayacaq və Tehran Avropaya satışdakı itkini aradan qaldırmaq üçün artıq yeni müştəriləri müəyyən edib. O, eyni zamanda Tehranın bu embarqonun qisası kimi bəzi Avropa ölkələrinə də neft ixracını dayandırmağı nəzərdən keçirdiyini xəbərdarlıq edib, ancaq qış mövsümündə vəziyyəti nəzərə aldığını da deyib. "Avropa xalqına təzyiq göstrmək İran İslam Respublikasının prinsiplərinə uyğun deyil. Biz sanksiyalara görə qışın ortasında avropalılara təzyiq göstərənlərdən deyilik. Bu cür addımlar bizim siyasətimizə daxil deyil." - Rüstəm Qasimi bunu qeyd edib.

Xatırladaq ki, ABŞ İranın Mərkəzi Bankına və bu ölkənin neft ixracını hədəfə alan yeni sanksiyalar paketini qəbul etsə də, bu qərar hələlik qüvvəyə minməyib. Avropa Birliyinin razılaşdırdığı neft embarqosu isə iyulda qüvvəyə minəcək. İranın ən böyük neft müştəriləri olan Rusiya, Çin və Hindistan isə hər hansı embarqoda iştirak etməyəcəyini açıqlayıb (anspress).

1905 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

[23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO

[23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB

[23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI

[23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB

[23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ

[23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI

[23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI

[23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI

[23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM

[22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ

[22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR

[22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB

ARXIV

Yeni MÜSAVAT © 2008