|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Həbsdə olan AMDP sədri, xalq hərəkatının öncüllərindən olan Nemət Pənahlının mənzilinə elektrik verilişi bərpa edilib. Bu, Pənahlının evinin “Bakıelektrikşəbəkə”yə olan 1000 manatdan çox enerji borcunun ödənməsindən sonra baş tutub. Həmin məbləğ isə “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayevin başlatdığı ictimai yardımlaşma kampaniyası zamanı toplanıb. Bu haqda “Yeni Müsavat”a məlumat verən E.Fətullayev dedi ki, bir neçə gün öncə o, N.Pənahlının ailəsinin şaxtalı-boranlı günlərdə işıqsız qalmaması üçün müxtəlif tanınmış ictimai-siyasi xadimlərə müraciət edib: “Sirus Təbrizli, Cəmil Həsənli, Fazil Mustafa, İqbal Ağazadə, Eldar Namazov, Əkrəm Əylisli, Qüdrət Həsənquliyev, İlyas İsmayılov və digər şəxslərlə əlaqə saxlayıb bu problemin həllinə köməklik göstərmələrini xahiş etdim. Bəlli oldu ki, burada söhbət yalnız borcun ödənməsindən getdiyi üçün biz ictimai yardımlaşma yolu ilə məsələni həll edə bilərik. Mən bu barədə kampaniya elan etdim və adları qeyd olunan şəxslərdən başqa hətta iqtidarda təmsil olunan bəzi adamlar da dəstək verdilər. Bu, bizim milli dəyərlərimizdən irəli gələn bir məsələdir. Şəxsin hansısa siyasi mövqeyindən, haçansa səhv buraxmasından asılı olmayaraq belə vəziyyətlərində həmin adamlara kömək durmalıyıq. Belə situasiyaları həbsdə olan insanlar daha yaxşı başa düşür. Mən özüm də həbsxanada olmuşam və bunun nə demək olduğunu anlayıram. Tanımadığım xeyli sayda sadə adamlar da bizimlə əlaqə saxlayıb Pənahlı ailəsinə kömək etmək istədiyini bildirdilər. Bu, ictimai şüurla bağlı çox müsbət bir haldır. Məni hər zaman cəmiyyətdə biganəlik narahat edib. Hesab edirəm ki, artıq bu buzu sındıra bilmişik. Biz toplanan vəsaiti fevralın 3-də Nemət Pənahlının ailəsinə təqdim etdik, borc ödəndi və mənzilə elektrik verilişi bərpa edildi. Biz orada olarkən Nemət Pənahlı da həbsxanadan evinə telefon açdı və işıqlarının yandığını bilincə sevindi, bu işə köməklik göstərənlərə təşəkkürünü bildirdi. Bu cür ənənələri davam etdirilməlidir. Mən hazırda vicdan məhbusu Şahin Həsənlinin durumu ilə bağlı çalışıram. Onun özünün və ailəsinin vəziyyəti ağırdır, ona kömək göstərilməsi üçün "Sərhədsiz reportyorlar" təşkilatına müraciət etmişəm. Çünki o, ifadə azadlığına görə həbs olunmuş insandır". Elşad MƏMMƏDLİ 1871 dəfə baxılıb
|
[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ [22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR |
| Yeni MÜSAVAT © 2008 |
|