23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

2012 -Cİ İLDƏ İP FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏD, HƏDƏF VƏ İSTİQAMƏTLƏRİ

2012-02-04

Tam MƏTN...

İctimai Palata (İP) fevralın 4-də Müsavat Partiyasının mərkəzi qərargahında daha bir sessiya keçirdi. Sessiyada 2012-ci il planlarını əks etdirən sənəd qəbul olunub.Oxucularımızın marağını nəzərə alaraq sənədin mətnini təqdim edirik...

        2012- ci ildə  Ictimai  Palatanın fəaliyyətinin əsas məqsəd, hədəf və   istiqamətləri.
                                              
            I.    2012- ci ildə  Ictimai  Palatanın fəaliyyətinin əsas məqsəd və hədəfləri

         1. 2012- ci ilin köklü dəyişikliklər ili olması, İP – in “Demokratiyaya keçidin yol xəritəsi”ndə nəzərdə tutulmuş islahatlar   proqramının reallaşdırılması (Hakimiyyətlə İctimai Palata arasında  rəsmi   siyasi dialoq mexanizminin qurulması, İP- in iştirakı ilə  xüsusi  dövlət islahatlar orqanının yaradılması; siyasi amnistiya verilməsi, bütün siyasi və vicdan məhbuslarının azad edilməsi, onların mülki və siyasi hüquqları bərpa edilməsi, siyasi mühacirətdə olan şəxslərin ölkəyə qayıtmasına təminat verilməsi;  KİV-lərdə və ilk növbədə televiziya kanallarında cəmiyyətin bütün təbəqələrinin informasiya yaymaq və almaq hüququnun ədalətlilik prinsipini əsas götürülməklə təmin edilməsi, müxalifətin televiziyaya çıxışını təmin etmək üçün xüsusi televiziyanın yaradılması və ya İctimai Televiziyadan bu məqsədlə istifadə edilməsi; sərbəst toplaşmaq azadlığına qoyulmuş yasaqların qaldırılması, Azadlıq meydanı kütləvi aksiyalar üçün açılması; hazırkı dövlət başçısı İ. Əliyevin növbəti prezident seçkilərində iştirak etməyəcəyinə təminat verilməsi; İqtisadi-maliyyə amnistiya  və  leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına, iqtisadi fəaliyyət azadlığı və biznes mühitinin yaxşılandırılmasına təminat verilməsi;  növbəti prezident seçkilərinə qədər seçki məcəlləsinin demokratikləşməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatlarının, siyasi müxalifətin və beynəlxalq təşkilatların təklif və tövsiyələrini nəzərə alan dəyişikliklər edilməsi, seçki komissiyalarının hakimiyyət və müxalifətin paritet əsasda təqdim etdikləri namizədlərdən formalaşdırılmasın nəzərdə tutan seçki islahatının aparılması, qarışıq (majoritar -50% və proporsional - 50%) seçki sistemi əsasında Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi və s. ) əsasında siyasi rejim dəyişikliyinə nail olmaq   İctimai Palatanın  fəaliyyətinin əsas məqsədidir.
         2.Avtoritarizm əleyhinə,  Köklü demokratik dəyişikliklər, azadlıqlar, və ədalət   uğrunda dinc,  ardıcıl, çoxsaylı  kütləvi aksiyalar (mitinq, nümayiş, piketlər) formasında ümumxalq etiraz hərəkatının  hazırlanması, təşkili və həyata  keçirilməsi 2012- ci ildə İP- in fəaliyyətinin başlıca hədəfini təşkl edir. 
                                
             II.    2012- ci ildə  Ictimai  Palatanın    fəaliyyət  istiqamətləri.

         3.    Kütləvi aksiyaların keçirilməsi sahəsində:
         3.1. Kütləvi aksiyalar ideyasının təbliği,
         3.2. Kütləvi aksiyaların  ideoloji, psixoloji, siyasi və təşkilati - texniki əsaslarının yaradılması.
         3.3. Ərazi, sahə, təşkilatlar üzrə strukturlaşdırılmış və mərkəzləşdirilmiş İP  ümumrespublika  və regional mitinq komitələrinin yaradılması.
         3.4. Kütləvi aksiyaların hazırlanması, təşkili və həyata  keçirilməsi .
        
   4. Demokratik qüvvələrin birliyinə nail olunması sahəsində.
   4.1. Demokratik Qüvvələrin köklü demokratik dəyişikliklər uğrunda mübarizə naminə İP- da təşkilatlanması və birləşməsinin davam etdirilməsi.
   4.2. Ölkənin köklü demokratik dəyişikliklər uğrunda çıxış edən bütün ictimai siyasi qüvvələri ilə dialoqun qurulması və real əməkdaşlığı mexanizmlərinin yaradılması sahəsində iş aparılması.
         4.3. Avtoritarizmə və onun siyasi əsası olan mövcud rejimə qarşı çıxış edən bütün qüvvələrlə birgə müzakirələr, kütləvi aksiyalar,  məsləhətləşmələr və s. vasitələrlə əməkdaşlıq edilməsi.
         4.4. Milli və   beynəlxalq hüquq müdafiə təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi. Yeni vətəndaş cəmiyyəti təşkilatlarının yaradılmasına yardım göstərilməsi.
         4.5. Din və vicdan azadlığı naminə fəaliyyət göstərən inanclı insanlar qurumları ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi.
         5. Gənclər hərəkatları ilə əlaqələr sahəsində.
        5.1. İP- in bütün səviyyələrdəki təşkilat strukturlarında gənclik qollarının yaradılması və gücləndirilməsi. Ali və ixtisas təhsil müəssisələrində   İP üzvləri şəbəkəsinin formalaşdırılması.
        5.2. İP üzvü olan gənclərin  müstəqil  gənclər təşkilatlarında və  gənclərin internet sosial şəbəkələrində fəal iştirakının təmin edilməsi.
        5.3. Müstəqil gənclər təşkilatlarının yaranması və möhkəmlənməsinə yardım göstərilməsi.
 
  6. Siyasi maarflənmə, təbliğat və intellektual  fəaliyyət sahəsində.
  6.1. Dəyirmi masaların, konfransların, dinləmələrin və s. tədbirlərin müntəzəm olaraq keçirilməsi.
  6.2. İP Analitik Mərkəzinin yaradılması və fəaliyyətinin təşkili.
  6.3. Konstitusiya islahatı və qanunvericilik sahəsində fəaliyyətin davam etdirilməsi. Daxili və xarici siyasət istiqamətləri üzrə  konsepsiyaların. proqramların hazırlanması.
  6.4.İP- in çevik informasiya siyasətinin qurulması.
        6.5. Azərbaycan insanına və cəmiyyətinə İP- in qurucu, yaradıcı, yenilikçi, inkişafa və tərəqqiyə yönəlik, müasir dövrün çağrılarına adekvat cavab verən. elmi proqram və konsepsiyalara malik siyasi   obrazının təqdim olunmasını təmin edən piar tədbirlər həyat keçirmək. 
 
        7.    Təşkilatlanma sahəsində.
  7.1. Regional təşkilatların yaradılmasının başa çatdırılması.
  7.2. Sahələr və təşkilatlar üzrə təşkilatlanmanın başlanması.
  7.3. Xarici büroların yaradılmasının davam etdirilməsi və sürətləndirilməsi.
        7.4. İP Komissiyaları,  komitə və işçi qrupların yaradılmasının əsasən başa çatdırılması.
        7.5. İP icra aparatının yaradılması.
        7.6. Təşkilatlanmanın müasir kommunikasiya vasitələrindən istifadə edilməklə internet sosial şəbəkələr formasının  geniş tətbiqi.
 
         8. Parlament və prezident seçkilərinə hazırlıq sahəsində.
  8.1. İP- in  parlament və prezident seçkilərində iştirakı konsepsiyasının hazırlanması,
  8.2. Parlamentə və prezidentliyə  namizədlərin müəyyən edilməsi prosesi barədə müzakirələrin  başlanması. 
  8.3. Aşağıdan yuxarı bütün ierarxiya üzrə ölkə idarəçiliyinin  kölgə strukturlarının yaradılması konsepsiyasının hazırlanması     və formalaşdırılmasına başlanması.
 8.4. Dövlət strukturlarında çalışan professional kadrlara yönəlik konsepsiyanın hazırlanması və ictimailəşdirilməsi.      
  Siyasi repressiyaların və korrupsiya sisteminin təşkilatçıları və fəal iştirakçıları istisna olmaqla,  bütün idarəçi və icraçı professional kadrların fəaliyyətlərinin stimullaşdırılmasına,  onların peşə  və sosial şəraitlərinin yaxşılaşdırılmasına xidmət edəcəyi yöndə təbliğatın və təşviqatın aparılması.
 8.5.  Yeni seçki qanunu üzərində işin davam etdirilməsi
 8.6.  İP- in bütün səviyyələr üzrə gölgə seçki komissiyalarının təşkili. Mərkəzi, dairə və məntəqər üzrə seçki komisiyalarının formalaşdırılmasına başlanması və əsasən başa çatdırılması.

9.  SVətndaşların hüquq və azadlıqlarının qorunması sahəsində.
9.1. İP – nın siyasi və vicdan məhbuslarının azad olunması üçün bütün qanuni vasitələrdən istifadə etməklə mübarizənin genişləndirilməsi və gücləndirilməsi.
9.2. Siyasi repressiyaya aktlarına qarşı müdafiə mexanizmlərinin möhkəmləndirilməsi  və genişləndirilməsi.
      9.3. Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının və sosial hüquqlarının müdafiəsinə yönəlik işlərin davam etdirilməsi və genişləndirilməsi.
     
      10. Qarabağ və işqal olunmuş ərazilərin azad edilməsi uğrunda mübarizə sahəsində.
      10.1. Qarabağ problemi ilə bağlı ümumi milli mövqe nümayiş etdirilməsi.
      10.2. Hakimiyyət, siyasi müxalifət, vətəndaş cəmiyyəti, işğal olunmuş ərazilərdən qaçqın düşmüş əhalinin nümayəndələri, tanınmış ziyalılar, Qarabağ müharibəsi veteranları və digər zümrələrin təmsilçilərinin iştirakı ilə  Qarabağ qurultayının keçirilməsi istiqamətində işin davam etdirilməsi.

     11. Beynəlxalq təşkilatlar və xarici diplomatik missiyalarla əlaqələr sahəsində.
     11.1. Beynəlxalq təşkilatlar və xarici diplomatik missiyalarla   kontaktların davam etdirilməsi və intensivləşdirilməsi.
     11.2. İP xətti ilə beynəlxalq təşkilatların və diplomatik missiyaların iştirakı ilə birgə tədbirlərin keçirilməsi. İP nümayəndələrinin xaricdə keçirilən bu tipli tədbirlərdə iştiraklarının təmin edilməsi.
     11.3. Beynəlxalq aləmdə  İP- in Azərbaycanda alternativ siyasi tendensiya, proqram, qüvvə və komanda olması haqqında təsəvvürlərin formalaşdırılması və  aydınlaşdırılması və konkretləşdirilməsi üçün kompleks təbliğat tədbirlərinin həyat keçirilməsi.
      11.4. İP- in beynəlxalq qurumlarda və təsisatlarda hüquqa uyğun nümayəndəliklərinin və təmsilçiliklərinin yaradılması.   


12. İP fəaliyyətinin  Maliyyə probleminin həll edilməsi üçün qanuni səylər göstərilməsi .

13. İctimai Palatanın (İP) 2011- ci il üçün Fəaliyyət Proqramında bu sənədlə ziddiyyət təşkil etməyən   işlərin və tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi və başa çatdırılması.

 

musavat.com

1213 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

[23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO

[23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB

[23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI

[23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB

[23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ

[23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI

[23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI

[23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI

[23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM

[22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ

[22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR

[22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB

ARXIV

Yeni MÜSAVAT © 2008