23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

20 DƏRƏCƏ ŞAXTADA 100 MİN ADAM PUTİNƏ “GET!” DEDİ

2012-02-05

Rusiyanın hər yerində ədalətli seçki tələbi ilə aksiyalar oldu, hakimiyyət də öz tərəfdarlarını paytaxt küçələrinə çıxardı

Dünən Rusiyanın hər yerində müxalifət və vətəndaş cəmiyyəti fəalları tərəfindən ədalətli seçkilər tələbi ilə təşkil edilən yürüş-mitinqlər olub. Etirazların əsas dalğası Moskvada qeydə alınıb və 20 dərəcə şaxtada 100 minə qədər insan küçələrə çıxaraq yenidən prezident olmaq istəyən baş nazir Putinə “Get!” deyib. Eyni vaxtda Putin tərəfdarları da Moskvanın mərkəzi meydanlarından birinə toplaşıb.

Dünən Moskvada eyni vaxtda dörd ayrı yerdə mitinqlər keçirilib. Əsas diqqət isə müxalifətin metronun “Yakimanka” stansiyasından başlayan və “Bolotnaya” meydanında mitinqlə yekunlaşan yürüş aksiyasına yönəlmişdi. Putin tərəfdarları Moskvanın “Poklonnaya qora” meydanına toplaşıb. Baş nazir özü bu aksiyanın təşəbbüskarı olmadığını desə də iştirakçılarını salamlayıb. Onlara soyuqdan donmamaq üçün 150 çadır və isti yeməklər göndərilib. Putin lehinə aksiyanın təşkilatçıları əvvəlcədən 25 minlik mitinq üçün icazə aldıqlarını bildirsə də Moskva Şəhər Daxili İşlər İdarəsi aksiyaya 63 min adamın qatıldığı haqda məlumat yayıb. Lakin müstəqil mənbələr bu rəqəmi şübhə altına alırdı. Aksiyaya qatılanlar müxalifət mitinqinə “narıncı” qüvvələr kimi xitab edərək Rusiyanın dağılmasına yol verməyəcəyini deyiblər.

Bakı vaxtı ilə saat 13-də isə müxalifətin aksiyası başlayıb. “Yakimenko” metrosu qarşısına toplaşan minlərlə hakimiyyət əleyhdarı “Bolotnaya” meydanına doğru yürüşə başlayıb. “Oktyabrsk” metrosundan da onlara minlərlə adam qoşulub. Aksiyadan əvvəl hüquq-mühafizə orqanları yürüşün keçiriləcəyi marşrut boyu nəqliyyatın hərəkətini dayandırıb, metalaxtaran qurğular yerləşdirib. Yürüşə qatılmaq istəyənlər metal detektorlarından keçib. Əllərində ağ şarlar, transparantlar, bayraqlar tutan müxalifət tərəfdarlarının əsas şüarı əvvəlki aksiyalarda olduğu kimi “Ədalətli seçkilər uğrunda” olub.

Yürüş zamanı hakimiyyət tərəfdarlarının təxribat törətmək cəhdləri də olub. Belə ki, bir qrup gənc “Putin uğrunda” sözləri yazılmış plakatlar qaldırıb. Müxalifətçilər onların plakatlarını əllərindən alaraq cırıb, gərginlik yaşansa da dava baş verməyib. Yürüş “Bolotnaya” meydanında yekunlaşıb və orada mitinq başlayıb. Təşkilatçılar əvvəlcədən elan etmişdi ki, insanların şaxtadan donmaması üçün mitinqin vaxtını qısaldıblar və çıxışlar üçün cəmi 40 dəqiqə ayrılıb.

Mitinqdə ilk çıxış edən musiqiçi Artemi Troitski olub. O, özünün “Putinin bandası həbsxanaya” adlı rep mahnısını oxuyub. Müxalifət liderlərindən Qriqori Yavlinski, jurnalist Leonid Parfyonov, “Sol cəbhə” vətəndaş cəmiyyəti hərəkatının lideri Sergey Udaltsov, hüquq müdafiəçisi İrina Yasina, məşhur blogger Aleksey Navalnıy və digərləri qısa çıxış edib. “Həmrəylik” Hərəkatının liderlərindən İlya Yaşin deyib ki, Kreml Dumanı buraxmalı olacaq. O, ötən ilin dekabrında keçirilən parlament seçkilərinin nəticələrinin legitim olmadığını deyib. Mitinqə keçmiş maliyyə naziri Aleksey Kudrin, prezidentliyə namizəd, milyarder Vladimir Proxorov və digər tanınmış simalar da qatılıb. Putinin adamı hesab edilən, ancaq seçkilərə Kremlin göstərişi ilə qatılmadığını deyən Proxorov müxalifətin mitinqinə qatılmasını belə izah edib ki, o, hakimiyyətin üzünü xalqa çevirməli olduğunu düşünür. O, yürüşün önündə gedib və aksiya iştirakçıları qarşısında hakimiyyəti tənqid edən çıxış edib. Müxalifət liderlərindən Vladimir Rıjkov deyib ki, növbəti aksiya fevralın 26-da olacaq: “Biz hələ qayıdacağıq və hakimiyyətə yerini göstərəcəyik”.

Mitinq ciddi insident olmadan başa çatıb. Eyni vaxtda Moskvada V.Jirinovskinin başçılıq etdiyi Liberal Demokratlar Partiyasının tərəfdarlarının da min nəfərlik aksiyası olub.

Rusiyanın digər şəhərlərində də həm hakimiyyət tərəfdarlarının, həm müxalifətçilərin aksiyaları keçirilib. Maqadan, Vladivostok, Çita, Ulan-Udedə sərt şaxtaya baxmayaraq minlərlə Putin əleyhdarı küçələrə çıxıb. Baş naziri dəstəkləyənlər də Rusiyanın əksər iri şəhərlərində meydanlara çıxıb. Lakin regionlarda hakimiyyət tərəfdarlarının aksiyalarının müxalifətə nisbətən daha izdihamlı keçdiyi xəbər verilir.

Siyasət şöbəsi

5869 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

[23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO

[23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB

[23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI

[23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB

[23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ

[23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI

[23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI

[23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI

[23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM

[22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ

[22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR

[22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB

ARXIV

Yeni MÜSAVAT © 2008