23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

İLQAR İBRAHİMOĞLU “TAYMS”a MÜSAHİBƏ VERİB

2012-02-05

DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu nüfuzlu "Tayms" qəzetinə geniş müsahibə verib.

"Tayms"ın xüsusi müxbiri Şira Frenkel DEVAMM sədrinə Azərbaycanda dini etiqad azadlığının və ümumilikdə insan haqlarının vəziyyəti, İslam dininin ölkədə inkişafı, ictimai-siyasi durum, dünyada və regionda geopolitik vəziyyət, Azərbaycanın bu proseslərdəki yeri və rolu barədə çoxlu sayda sual ünvanlayıb. Müsahibədə ksenofobiya, o cümlədən, islamofobiya mövzusuna da geniş surətdə toxunulub. DEVAMM sədri xüsusi olaraq qeyd etdi ki, dünyada gedən ksenofobiya prosesi müəyyən əks effektlərə rəvac verib: "Dəqiq müşahidələrdir ki, ksenofobik proseslər nəticədə izlənən hədəflərin əksinə gətirib çıxarır. Bunun ən parlaq misalını biz islamofobiyanın dünyada yaratdığı konseptual nəticələrdə görürük. Əminliklə demək olar ki, "Ərəb baharı" fenomeninin mühüm ünsürlərindən biri məhz islamofobik dalğa ilə bağlıdır. Dünyada gedən islamofobiya prosesləri müsəlman kimliyinin iqrarına, inkişafına, təkamülünə gətirib çıxarmışdır. İnsanlar öz kimlikləri, mənsub olduqları əqidə barədə sual verməyə, axtarış aparmağa başlayırlar. Bu axtarışların nəticəsi olaraq, insanlar kütləvi surətdə dinə gəlirlər, öz kimliklərini dərk etməyə başlayırlar".
Qeyd edək ki, "Tayms" (inq. The Times») Böyük Briyaniyanın gündəlik qəzetidir. Dünyanın ən tanınmış və nüfuzlu nəşrlərindəndir. 1785-ci ildən dərc edilir. Hazırda "The Times", məşhur media maqnatı Rupert Merdokun rəhbərlik etdiyi "News Corporation" korporasiyasına məxsusdur. Qəzet ənənvi olaraq mötədil-sağ mövqe tutmaqla özünü pozisiya edir.

musavat.com

1645 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

[23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO

[23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB

[23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI

[23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB

[23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ

[23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI

[23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI

[23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI

[23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM

[22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ

[22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR

[22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB

ARXIV

Yeni MÜSAVAT © 2008