|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bir neçə gündür davam edən soyuq hava şəraiti təkcə yolları yox, həmçinin şəhər nəqliyyatını da doduraraq sıradan çıxarıb. Şəhər meriyasının fövqəladə vəziyyətə hazır olmaması yolların qar və buzunun günlərlə qalmasına səbəb olub. Bu vəziyyətdən ən çox yararlananlar isə bəzi taksi sürücüləridir. Belə ki, şəhərin mərkəzindəki “London taksi”ləri müştəri mindirərkən taxometri söndürərək, qarı və buzu bəhanə gətirirlər. Əməkdaşımız belə hallardan biri ilə bu gün Mərkəzi Univermağın və “Gənclik” metro stansiyasının qarşısında qarşılaşıb. “90 AT 354” nömrəli “London taksi”si taxometri qoşmaqdan imtina edib. O, “Gənclik”metro stansiyasından “Köhnə Samsunq”a getmək üçün 5 manat istəyib. Taksi sürücüsünün qanunsuz əməlləri ilə bağlı əməkdaşımız “Bakı Taxı Company”nın 411-74-71 nömrəli qaynar xəttinə zəng vuraraq şikayət edib. Sürücü isə “Gedin hara deyirsiniz deyin. Onlar özləri bizə deyiblər. Biz də taxometri qoşmuruq”, söyləyib və sona qədər taxometri qoşmaqdan imtina edib.
Hava şəraiti ilə bağlı olaraq bir çox insan şəxsi maşınları ilə yola çıxmayıb. Hətta bəzi marşurutların xəttə çıxmaması taksi işbazları üçün göydən düşmə fürsət olub. Son üç gündə isə paytaxtın mərkəzində dayanan taksilər qiymətləri fantastik dərəcədə artırıblar. Sürüclərin sözlərinə görə, adi günlərdə 5 manata getdikləri yolu, yolların buz bağlamasına görə 15 manata gedirlər. “London taksi”lərindən birinin sürücüsü Əkrəm Əliyev deyir ki, hava ilə bağlı planı ödəyə bilmədiklərinə görə vəziyyətdən çıxmaq üçün bu yola əl atmalı olublar. Çünki saatlarla yolda qalırıq. Bu da əlavə yanacaq və vaxt itkisinə səbəb olur”. Fərahim İLQAROĞLU
5854 dəfə baxılıb
|
[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ [22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR |
| Yeni MÜSAVAT © 2008 |
|