23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

TÜRKİYƏYƏ QAZIN VERİLMƏSİ BƏRPA OLUNUR

2012-02-08

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağında hasilat prosesi qismən bərpa olunub. Bu barədə “Şahdəniz” layihəsinin operatoru olan “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ANS PRESS-ə açıqlamasında bildirdi. Onun sözlərinə görə, yataqdan hasilatın səviyyəsinin gün ərzində tədricən artacağı gözlənilir. Türkiyəyə qaz nəqlinin bərpa olunması gözlənilir. Bundan sonra isə Səngəçal terminalından normal ixrac əməliyyatları başlayacaq.

Qeyd edək ki, “Şahdəniz” platformasının gündəlik hasilat gücü 25 milyon kubmetr təbii qaz təşkil edir ki, onun da 12 milyonu Türkiyəyə ixrac edilir. Türkiyənin İrandan qaz ixracı isə günlük 28 milyon kubmetrdir.

Xatırladaq ki, ötən gün Azərbaycandan Cənub dəhlizi ilə qaz nəqli "Şahdəniz" platformasında elektrik təchizatı sistemində aparılan planlaşdırılmış profilaktik işlər zamanı platformanın avtomatik dayandırma sistemi işə düşərək platformada bütün əməliyyatlar avtomatik olaraq dayandırmışdı.

573 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

[23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO

[23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB

[23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI

[23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB

[23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ

[23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI

[23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI

[23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI

[23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM

[22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ

[22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR

[22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB

ARXIV

Yeni MÜSAVAT © 2008