 |
Son xəbər
"KƏRƏM HƏSƏNOV GEC-TEZ HƏBS OLUNACAQ" 2012-02-08 Zülfüqarlıların məhkəməsində Lerikli çobanın videoetirafı müzakirə edildi
|
Xətai Rayon Məhkəməsində Zülfüqarlı qardaşlarının təsisçisi olduğu “Birlik” MMC-yə məxsus “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarının qanunsuz yolla və zorakılıqla əllərindən alınması ilə bağlı Mahir Ağayevə və Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) qarşı iddiaları üzrə proses davam etdirilir. Dünənki iclasa cavabdeh Mahir Ağayev qatılmamışdı. Ümumiyyətlə iş üzrə əvvəlki cavabdeh, Lerikli çoban Gəray Məmədov da nə hazırlıq, nə də sonrakı proseslərə gəlmirdi. Onu da vəkil Ceyhun Yusifov təmsil edirdi, M.Ağayevi də məhkəmədə eyni vəkil təmsil edir. Sonuncu prosesə ƏMDK-nın nümayəndəsi Ülvi Nəsibli qatılmışdı. “Səhm” Ticarət Mərkəzinin, 2 saylı Dövlət Notariat Kontorunun və Milli Depozit Mərkəzinin nümayəndələri məhkəməyə gəlməmişdilər. Buna görə də hakim İlqar Qaralov tərəflərdən nümayəndələrin iştirakı olmadan prosesin davam etdirilməsinə etiraz edib-etmədiklərini soruşdu. ƏMDK nümayəndəsi Ülvi Nəsibli və Ceyhun Yusifov prosesin nümayəndələrin iştirakı olmadan davam etdirilməsini istədilər. Zülfüqarlı qardaşlarının vəkili A.İsmayılov isə bildirdi ki, zavodların M.Ağayevin adına hansı əsaslarla keçməsi barədə sənədlərin Milli Depozit Mərkəzindən tələb olunması haqda məhkəmə ötən prosesdə qərardad çıxarıb: - Həmin sənəd hələ məhkəməyə təqdim edilməyib. “Səhm” Ticarət Mərkəzinin nümayəndəsinin prosesdə iştirakı da çox vacibdir. Çünki biz deyirik ki, faktiki olaraq Gəray Məmmədovla Mahir Ağayevin arasında heç bir alqı-satqı həyata keçirilməyib. Əgər keçirilməyibsə, qoy “Səhm” Ticarət Mərkəzinin nümayəndəsi bura gəlsin və izah etsin ki, Gərayla onun arasında hansı alqı-satqı olub? Biz ilk gündən onların iştirakının vacibliyini deyirik. Onların olmaması ondan xəbər verir ki, deməli bizim Gəray Məmmədovla heç bir əməliyyatın keçirilməməsi barədə dediklərimiz düzdür. Sadəcə yuxarıdan bir göstəriş var və əmlak addan ada keçirilib. Hörmətli məhkəmə biz ötən proseslərdə demişdik ki, əmlakı Gərayın adından çıxarıb Mahir Ağayevin adına keçirəcəklər. Gərayın nümayəndəsi də deyirdi ki, yox belə şey yoxdur. Sizdən xahiş etdik ki, sorğu verib alın, görək əmlak kimin adındadır. Aldız və gördüz ki, bizim dediyimiz kimi Mahir Ağayevin adındadır. İndi bilmək istəyirik ki, zorakılıqla Zülfüqarlılardan alınan əmlaklar Mahir Ağayevin adına hansı şərtlərlə keçib? Ümumiyyətlə belə keçirmə əməliyyatı olubmu? Alqı-satqı olubmu? Bir də ki, “Bakı Poladtökmə”nin alqı-satqısında “Bakı Elektroştamp”ın alqı-satqısı üçün təzyiq altında verilən etibarnamədən istifadə edilib! Yəni bir əmlakının alqı-satqısı üçün verilən etibarnamə ilə digər əmlak satılıb! Əgər məhkəmə bunları təmin etmirsə, deməli bizim iddianı təmin etməlidir.
Hər iki nümayəndə isə israr etdilər ki, proses digər nümayəndələrin iştirakı olnadan proses davam etdirilsin. C.Yusifov məhkəmə istintaqının yekunlaşdırılmasını istədi. A.İsmayılov isə buna etiraz etdi: - Tərəflər deyir ki, güya burada hərtərəfli araşdırma aparılıb. Harda aparılıb? Hörmətli məhkəmə “Bakı Poladtökmə”nin alqı-satqısında “Bakı Elektroştamp”ın alqı-satqısı üçün təzyiq altında alınan etibarnamədən istifadə edilməsi harda araşdırılıb? Fikrim birmənalı belədir ki, əgər məhkəmə bu gün prosesi yekunlaşdırmaq istəyirsə, onda niyə başımızı ağrıdırsınız? Hakim prosesin nümayəndələrin iştirakı olmadan araşdırılmasının mümkün olduğunu qeyd etməklə ötən prosesdə əmlakların sonuncu dəfə nə vaxt alqı-satqı olunması barədə MDM-ə verilmiş sorğunun cavabının alınmadığını dedi. Ü.Nəsibli isə M.Ağayevin əmlakları digər şəxsə sata biləcəyini və ya girov qoya biləcəyini deməklə prosesin davam etdirilməsini istədi. Hakim isə sənəd məhkəməyə təqdim ediləndən sonra prosesin davam etdiriləcəyini dedi. C.Yusifov da ƏMDK nümayəndəsi ilə eyni mövqedən çıxış etdi. A.İsmayılov isə hakimə hərtərəfli araşdırma apardığı üçün təşəkkür etdi: - Çünki hazırda zavodların zorakılıqla qəsb olunması ilə bağlı 7 məhkəmədə iş var. Həmin məhkəmələr ötür-ötür oyunu oynamaqla işə mahiyyəti üzrə baxmırlar. Əgər tərəflər obyektiv araşdırma istəyirlərsə, vaxtı uzatmayıb Ağayevlə Məmmədovun alqı-satqı müqaviləsini məhkəməyə təqdim etsinlər. Əgər hər şey qanuni olubsa bunu etsinlər. Bizdə olan bütün sənədləri məhkəməyə təqdim etməyə hazırıq. S.Yusifov: - Sizdə Zülfüqarlıların zavodları alarkən əldə etdikləri sənəd toplusu var. A.İsmayılov: - Xahiş edirəm ki, tərəf dürüst olsun. Həmin sənədləri ötən prosesdə məndən istəyəndə demişəm ki, sənədlər bizdə yoxdur. Çünki Zülfüqarlıları həminn zavodlardan əliavtomatlılar basqın edərkən çölə atıblar. Sənədlər də zavodlarda qalıb. ƏMDK, MDM, “Səhm” TM bu cinayətin iştirakçısıdırlar. Ona görə də məhkəyə gəlməkdən yayınırlar. ƏMDK nümayəndəsinin gəlməsinin də bir səbəbi var... Azərbaycan balaca ölkədir və hamı nə baş verdiyini yaxşı bilir. Zavodları bir çobanın adına sənədləşdirmişdilər, müraciət etdik, müəyyən etmədilər. Biz özümüz müəyyəm edib mətbuata çıxarandan sonra ki, Gəray çobandır və adına sənədləşdirilən əmlakı Mahirin adına keçirilməsini xahiş edir, əmlakı onun adına keçirdilər. Həmin Mahir də Kərəm Həsənovun müavini Rüstəm Şahbazovun sürücüsü olub. Bu adamlar, bu cinayətlərdə əlləri olanlar geç-tez həbs olunacaqlar. Ü.Nəsibli Kərəm Həsənovun adını eşidəcək yerdən A.İsmayılovun çıxışına etrazını bildirdi, prosesi şou adlandırdı. Hakim alqı-satqı müqaviləsi məhkəməyə təqdim olunana qədər prosesin təxirə salınmasını elan etdi. A.İsmayılov isə məhkəmədən icazə istəyərək Kərəm Həsənovun nümayəndəsinin proseslə bağlı dediklərinə belə münaisbət bildirdi: - Artıq neçənci dəfədir ki, prosesi şou adlandırırlar. Ona görə də xahiş edirəm ki, növbəti prosesdə videotexnika gətirilib burada quraşdırılsın. Mən burada Gəray Məmmədovun özünün və ailəsinin həyatının təhlükədə olduğunu, onun özünün əmlaklara heç bir aidiyyatlarının olmaması barədə etirafları olan videoları təqdim edəcəyəm. Hakim vəkilin vəsatətini müzakirəyə çıxardı. Tərəflər təmin olunmamasını istədilər. Vəsatət təmin olunmadı. Bundan sonra proses 13 fevral 11:45-ə qədər təxirə salındı.
E.MƏMMƏDƏLİYEV
4733 dəfə baxılıb
|
[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ [22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR [22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB ARXIV
|