|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
"Havaların kəskin pisləşməsi qəzetimizin satışına faciəvi formada təsir göstərib. Küçə yayımı tirajının az qala yarısı düşüb". Bunu Teleqraf.az-a açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. O qeyd edib ki, əvvəlki aylarla müqayisədə də qəzetin tirajında da kəskin fərq var: "Bu gün biz 8200 nüsxə buraxıb yaymışıq. Hansı ki, bizim tirajımız 11 mindir. Bu hardasa gün ərzində 3 min fərq deməkdir. Təxminən on gündür ki, hava müxalifliyi səbəbindən satış potensialımızı reallaşdıra bilmirik". Baş redaktor onu da əlavə edib ki, havaların təsirindən əvvəl də məmurların maneələri qəzetin yayımı və satışına mənfi təsir göstərib: "Hələ bundan əlavə, əldə yayıma, səyyar satışa hakimiyyət orqanları tərəfindən təzyiqlər və məhdudiyyətlər vardı. Bu səbəbdən də qəzetlərin vəziyyəti fəlakətli həddə qədər pisdir". "Bu bir həqiqətdir ki, kəskin dəyişiklik var. Bu da havaların kəskin soyuması ilə əlaqəlidir". Bunu isə "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. O, Teleqraf.az-ın əməkdaşı ilə söhbətində soyuq havanın qəzetlərin satışına kifayət qədər mənfi təsir etdiyini deyib: "Əlbəttə ki, son günlərdə soyuq hava şəraiti qəzetlərin satışında da kəskin fərq yaradıb. Ötən həftənin 4-cü günündən bu günə kimi qəzetimizin satışında haradasa 60-70 faiz fərq müşahidə etmişik". Bundan başqa, xəbər verilir ki, fevralın 9-da Azərbaycanın gündəlik qəzetlərinin bir qismi çıxmayıb. Buna fevralın 8-də Bakıda hökm sürən qar-çovğun səbəb olub. “Media forum” saytı xəbər verir ki, “Bizim yol”, “525-ci qəzet”, “Exo”, “Bakı xəbər”, “Üç nöqtə”, “Mərkəz” qəzetləri və bir sıra başqa nəşrlər işıq üzü görməyib.
661 dəfə baxılıb
|
[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ [22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR |
| Yeni MÜSAVAT © 2008 |
|