 |
Son xəbər
GECƏ BAKIDA HAVANIN HƏRARƏTİ - 8 OLUB 2012-02-09
|
Bu gün səhər saatlarında Bakıda 8 dərəcə şaxta qeydə alınıb. Bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib. Bakıda ən aşağı temperatur fevralın 8-də qeydə alınıb. Həmin gün səhər saat 6-7 radələrində havanın minimal temperaturu 11 dərəcə şaxta təşkil edib. Bu da 110 illik hidremeteoroloji müşahidələrə görə 1969-cu ildə qeydə alınan -10 dərəcə şaxta göstəricisini üstələyib.
Fevralın 9-da Bakıda yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Havanın temperaturunun fevralın 9-da gecə 8-13, gündüz isə 0-3 dərəcə şaxta olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında da sabah gündüz saatlarında yağıntılarda qısamüddətli fasilə olacağı, temperaturun gündüz aran rayonlarında 0-5 dətəcə şaxta, dağlarda isə mənfi 12 dərəcə olacağı gözlənilir. 1469 dəfə baxılıb
|