|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
AFR federal hökumətinin insan haqları sahəsində siyasət üzrə səlahiyyətlisi Markus Löninq Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi məsələsini əsassız və ədalətsiz şəkildə siyasiləşdirib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib. "Löninqin Bakıda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsini siyasiləşdirmək səyi qəbuledilməzdir. Löninq Almaniya KİV-də dərc olunmuş əsassız ittihamlar və çağırışlar yolu ilə Almaniya cəmiyyətində bu tədbirə qarşı yanlış münasibət yaratmağa çalışır", - Abdullayev bildirib. AFR hökumətinin insan haqları üzrə səlahiyyətlisi Markus Löninq mayda Azərbaycandan "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar "Neue Osnabrücker Zeitung" qəzetinə müsahibəsində Bakının ünvanına insan haqlarının pozulması ilə bağlı ittihamlar səsləndirib. Abdullayev deyib ki, Löninqin yanaşması və çıxışları Almaniyanın mövqeyini əks etdirmir. "Löninq tərəfindən atılan düşünülməmiş addımlar onun şəxsi təşəbbüsünə əsaslanır və Azərbaycanla Almaniya arasında tərəfdaşlığın yüksək səviyyəsində olan ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işinə xidmət etmir", - XİN rəsmisi əlavə deyib. Onun sözlərinə görə, Löninqin ittihamları, Azərbaycan hökumətinin hüquqi dövlətin inkişafı, qanunun aliliyinin möhkəmləndirilməsi, demokratiyanın inkişafı üzrə islahatlar üzərində işlərə, eləcə də bu sahədə Aİ ilə geniş dialoqun davam etdirilməsinə nə dərəcədə sadiq olması nəzərə alınarsa, xüsusilə əsassızdır. "Bu yaxınlarda Almaniya XİN-in mətbuat katibi öz çıxışında xüsusilə qeyd edib ki, federal hökumət Azərbaycanda insan haqlarının müdafiəsi üzrə fəaliyyət planının təsdiqlənməsini alqışlayır. O, habelə qeyd edib ki, bu, həmin istiqamətdə atılan düzgün addımdır", - Abdullayev bildirib. Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb. May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.
3370 dəfə baxılıb
|
[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ [22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR |
| Yeni MÜSAVAT © 2008 |
|