|
Son xəbər
ETNA VULKANI OYANIB 2012-02-09
|
İtaliyada şaxtalı və qarlı hava şəraiti ilə yanaşı, Etna vulkanının oyanması problemlərə səbəb olub. Siciliya adasında yerləşən vulkan dördüncü gündür ki, lava püskürür. Rəsmilər yaxınlıqda yerləşən Kataniya şəhərindəki hava limanının bağlanmasına göstəriş veriblər. Vulkanın püskürməsi “Roma” futbol komandasının xüsusi təyyarə ilə uçuşuna da mane olub. Futbolçular gecəni Kataniyadakı oteldə keçirməli olub.
Qeyd edək ki, Etna Avropada ən böyük fəal vulkan hesab edilir (anspress). 847 dəfə baxılıb
|