 |
Son xəbər
BAKIDA MÖVLUD BAYRAMI QEYD OLUNDU(FOTOLAR) 2012-02-11
|
İslam dünyası rəbbiül-əvvəl ayının 12-17-si (bu il üçün 5-10 fevral) tarixlərini əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) mövludu günləri kimi qeyd edir. İslamın böyük alimləri bu həftəni "Vəhdət həftəsi" elan ediblər. Dünyanın hər bir yerində olduğu kimi, Vətənimizdə də Həzrət Muhəmmədin (s) və 6-cı İmam Həzrət Sadiqin (ə) mövlud günləri böyük şövqlə qeyd olunur. İçərişəhər “Cümə” məscidinin dini icması bu mövludlar münasibətilə bayram tədbiri təşkil edib. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, bayram tədbirinə 1000-ə yaxın insan yığışmışdı. Bayram tədbiri müqəddəs Qurani-Kərimin tilavəti və dövlət himnimizin ifası ilə başlanılıb. Daha sonra "Əhli-beyt (ə) aşiqləri" dini-yaradıcılıq qrupunun ifasında biri-birindən gözəl ilahilər səsləndirilib.

Tədbirdə çıxış edən Hacı İlqar İbrahimoğlu Peyğəmbər (s) sevərləri bu mövlud həftəsi münasibətilə təbrik etdi. Əziz Peyğəmbərimizin (s) mövludunu yaşatmağın qururverici bir məsələ olduğunu vurğulayan Hacı İlqar, daha sonra bildirdi: “Bizim nəyimiz varsa, Peyğəmbərə (s) görə var. Nəinki bir insan olaraq, varlıq aləminin, mümkünat aləminin, yaradılış aləminin nəyi varsa, Peyğəmbərə (s) görə var. Həzrət Peyğəmbərin (s) mövludunu qeyd etmək - əslində, Allahın bizə böyük bir lütfüdür. Mən bir daha burada olan əziz insanları Peyğəmbərimizin (s) mövludu münasibətilə təbrik edirəm. Allahdan diləyirəm ki, hər birimizin yaşayışını əziz Peyğəmbərimizin (s) mübarək, nurani məktəbinə layiq etsin”. Tədbirdə həmçinin sayca beşincisi keçirilən Mövlud Olimpiadasının qalibləri mükafatlandırılıb. Artıq beş yaşını arxada qoyan Azərbaycan V Mövlud Olimpiadası xüsusilə diqqət çəkir.

Kifəyət qədər həyəcan dolu və gərgin keçən V Mövlud Olimpiadasında Cümşüdov Aydın birinci, Bahadur Muradov ikinci və Fərid Mikiyev üçüncü yeri tutdu. Qeyd edək ki, yüzlərlə iştirakçı ilə başlanan Olimpiadanın final mərhələsində 43 nəfər biliklərini sınadı. Qaliblərin təltifetmə mərasimi isə bir gün sonra keçirilən mövlud bayramında baş tutub. Qeyd edək ki, bu il Mövlud Olimpiadası uşaqlar arasında da keçirilib. Elə tədbirin mükafatlandırma hissəsində Olimpiadada iştirak edən uşaqlar da mükafatlandırılıb. Olimpiadada iştirak edənlərin azyaşlılar olduğunu nəzərə alaraq, yarış qabağı uşaqlar üçün əyləncəli proqram təşkil olunmuşdu. Uşaqlar biri-birindən maraqlı şeİrlər söylədilər, bir-birlərinə tapmacalar deyib tapdılar və s.

Daha sonra isə gərgin bilik yarışı başladı. Yarışda ibtidai sinif şagirdləri yarışırdılar. Olimpiadanın təşkilatçıları bildirdilər ki, uşaqların yarışması böyüklər arasında keçirilən yarışmadan daha çox emosionaldır. Təşkilatçılar uşaq olimpiadasının keçirilməsi ideyasının necə ortaya çıxması barədə deyirlər ki, hər il böyüklər arasında olimpiada keçirilərkən azyaşlılar da qatılmaq istəyirdilər. Bunu nəzərə alaraq, bu il uşaqlar arasında Mövlud Olimpiadasının keçirilməsinə qərar verildi. Yarışda iştirak edən bütün uşaqlar olimpiadadan sonra keçirilən bayram konserti zamanı diplomlarla təltif edildilər.

Daha sonra bayram tədbirində Həzrət Rəsulallahın (s) mübarək mövludu və "Vəhdət Həftəsi" münasibətilə ənənəvi olaraq Azərbaycanda milli-mənəvi dəyərlərin geniş təbliğində, ölkədə İslam maarifçiliyinin inkişafına verdiyi böyük töhfəyə və həyata keçirtdiyi önəmli fəaliyyətə görə seçilən insanlara fəxri fərmanların verilməsi mərasimi keçirildi. Bu il adıçəkilən nominasiya üzrə fəxri fərmanla elimizin İslam ağsaqqalı mərhum Hacı Əlikram Əliyev və Nardaran ağsaqqalı, tanınmış ictimai fəal Kərbəlayi Natiq Kərimov təltif ediliblər. Mərhum Hacı Əlikram Əliyevin fəxri fərmanının ailəsinə çatdırılması üçün Hacı Hacıağa Nuriyə təqdim olundu. Hacı Hacıağa Hacı Əlikrama göstərilən diqqətə görə onun ailəsi adından, ağsaqqallar adından öz təşəkkürünü bildirdi. Kərbəlayi Natiq Kərimov da öz növbəsində verilən təltifə görə təşəkkürünü ifadə etdi. Fəxri fərmanları sahiblərinə təqdim edən zaman Hacı İlqar İbrahimoğlu bunları dedi: “Uzun illər ərzində İslama xidmət göstərən və bu yolda böyük xidmətləri olan insanlar təltif olunur. Təbii ki, onların bu təltiflərə ehtiyacı yoxdur. Onlar Allaha görə ediblər. Amma biz insanları dəyərləndirmək baxımından üzərimizdə böyük məsuliyyət hiss etdik”. Çıxışlar bitdikdən sonra dualar deyildi, cəmlə "Fərəc" duası oxundu və tədbir sona yetdi.
Xəbər xidməti
2042 dəfə baxılıb
|
[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ [22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR [22.05.2012] - GÜNEYDƏ TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB ARXIV
|