|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Gələn həftənin ilk günlərində Bakıda havanın temperaturu 2-7 dərəcə isti olacaq. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, fevralın 13-14-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bakıda günorta saatlarında havanın temperaturunun 2-7 dərəcə, gecə 0-3 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın regionlarında da fevralın 13-14-da hava mülayimləşəcək. Mərkəzi Aran rayonlarında isə gündüz 2-7 dərəcə isti olacaq. Məmmədova bildirib ki, lakin sabah Bakıda və Abşeron yarımadasında 11-dən 12-nə keçən gecə fasilələrlə az qar yağacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Fevralın 12-də Abşeron yarımadasında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Fevralın 12-də Azərbaycanın qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 1-6° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
1983 dəfə baxılıb
|
[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ [22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR |
| Yeni MÜSAVAT © 2008 |
|