 |
Son xəbər
BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ 2012-02-11
|
Azərbaycan ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, 1993-cü il təvəllüdlü İsmayıl Ələkbər oğlu Novruzov fevralın 10-da Müdafiə Nazirliyinin hərbi hospitalında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, İ. Novruzov bu ilin yanvarında Abşeron Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
P.S. Əsgərin ordu sıralarında cəmi 1 ay xidmət etdiyi nəzərə alınanda məlum olur ki, o, hərbi xidmətə gəlməzdən əvvəl xəstə imiş. Belədirsə, xəstə gənci nəyə görə hərbi xidmətə cəlb ediblər?
1823 dəfə baxılıb
|