|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycan təbii qazının Türkiyəyə nəqlində yaranmış problem tamamilə aradan qaldırılıb və hazırda Azərbaycan Türkiyəyə müqavilədə nəzərdə tutulandan daha artıq qaz göndərir. APA-nın xəbərinə görə, bunu “Anadolu” agentliyinə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki nümayəndəsi Kənan Yavuz deyib. K. Yavuz Azərbaycanda son 110 ilin ən kəskin qış şərtlərinin yaşandığını, şaxta səbəbiylə Xəzərin sahil zolağında 400 metrə qədər olan hissənin donduğunu, bunu da qaz quyularında texniki nasazlığa gətirib çıxardığını söyləyib. O, Türkiyəyə nəql edilən qazın kəsilməsinə səbəb olan nasazlığın ciddi çalışmalarla aradan qaldırıldığını və fevralın 9-dan etibarən qaz verilməsinə yenidən başlandığını açıqlayıb: “Xəzər dənizinin donmasından qaynaqlanan texniki problem həll olundu. İndi Azərbaycandan gündə 16 milyon kubmetr qaz verilir. Müqaviləyə əsasən gündə 12 milyon qaz verilməlidir və hazırda bundan daha artıq qaz göndərilir. Borunun maksimal daşıma gücü gündə 18 milyon kubmetrdir. Boruda təzyiq yüksəldikcə qaz nəqlini bu səviyyəyə qədər artırmaq planlaşdırılıb”. K. Yavuz baş verən nasazlığın Azərbaycanın özündə də problemlər yaratdığını və ölkənin bəzi bölgələrinə qaz verilməsində fasilələr yarandığını vurğulayıb.
780 dəfə baxılıb
|
[23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR [23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ |
| Yeni MÜSAVAT © 2008 |
|