|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Türkiyə Cümhuriyyətində aləmlərə rəhmət, sevgili İslam Peyğəmbəri Həzrəti Məhəmməd Mustafanın (s) mübarək mövludu münasibətilə İstanbulun Courtyard Marriott otelində beynəlxaq konfrans keçiriləcək. 12 fevral 2012-ci il tarixdə işinə başlayacaq “Rahmet Güneşi Ve İslam’da kardeşlik” adlı beynəlxalq konfransa Türkiyə, Azərbaycan, İraq, İran elm adamları dəvət edilib. Konfrans məsullarından "Deyerler.org"a verilən məlumata görə, konfrans rəsmi hissə olmaqla 2 panel üzrə aşağıdakı mövzu başlıqları altında keçiriləcəkdir: "Həzrəti Məhəmməd (s) gözü ilə insan", "Müasir dünyada İslam imicı", "İslamda qardaşlıq hüququ" və "Nəzəriyyədə yaxınlaşma, əməldə birlik anlayışı". Konfrans Türkiyənin "Cem Tv" kanalından canlı yayımlanacaqdır. Konfransda vətənimizi İçərişəhər Cümə məscidinin imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu təmsil edəcək və məruzə ilə çıxış edəcəkdir. Konfransın məruzəçiləri sırasında Səlahəddin Özgündüz (Türkiyə, Türkiye Caferileri Lideri), Ayətullah Binabi (İran, Təbriz-Binab Universitetinin “İlahiyyat Fakültəsi”nin dekanı), dr. Əkrəm Keleş (Türkiyə, Türkiyə Diyanət İşləri başqan müavini), Seyyid Saleh Əl Həkim (İraq, İslam aləminin böyük alimlərindən ayətullah Məhəmməd Sədid Əl-Həkimin təmsilçisi), Ali Yüce (Türkiyə, Cem Vəqfı Ələvi İslam Din Xidmətləri başqanı), professor Muhammed Nur (İstanbul Universiteti “İlahiyyat Fakultəsi”nin nümayəndəsi), Səlahəddin Yazıcı (Türkiyə, TİYEMDER başqanı), Rəsul Abdullahi (Əl-Mustafa Universitetinin Türkiyə təmsilçisi), Abdullah Turan (Türkiyə, Caferider Alimler Yüksek İstişare kurul başqanı və Ali Taha Müessesesi Başkanı) da vardır.(Deyerler.org)
950 dəfə baxılıb
|
[23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR [23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ |
| Yeni MÜSAVAT © 2008 |
|