23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ

2012-02-13

Səədi Qəzzafi gizləndiyi Nigerdə ev həbsi altına salınıb

Devrilərək sonradan öldürülmüş Liviya lideri Müəmmər Qəzzafinin ikinci oğlu Səədi Qəzzafi gizləndiyi Nigerdə həbs edilib. anspress-in “Əl-Ərəbiyyə” telekanalına istinadən verdiyi məlumata görə, informasiya Liviya hökumətindəki mənbəyə istinadən yayılıb.

Qəzzafinin Niger və Liviya hökumətlərinin koordinasiya edilmiş fəaliyyətinin nəticəsində Nigerin paytaxtı Niameydə həbs edildiyi bildirilir. Liviyanın yeni hökuməti Səədi Qəzzafinin həbsinə və ölkəyə ekstradisiya edilməsinə uzun müddət idi ki, lakin Niger hökuməti son anadək bu məsələdə Tripoliyə güzəştə getmək istəmirdi. Niger hökuməti Qəzzafinin oğlunu yalnız müstəqil məhkəmə sistemi olan Liviyaya verəcəyini bəyan etmişdi.
“İnterpol”la axtarışda olan Səədi Qəzzafi bu yaxınlarda telekanallardan birinə müsahibəsində Liviyanın yeni hökumətinin ölkədəki vəziyyətin öhdəsindən gələ bilmədiyini və bu müvəqqəti hökumətə qarşı üsyana başçılıq etmək niyyətində olduğunu demişdi.
Bu arada, “Reuters” agentliyi Qəzzafinin oğlunun həbs edilmədiyini, sadəcə Niamey şəhərində yaşayış yerini dəyişdiyini və onun hərəkətinin məhdudlaşdırıldığını xəbər verir. Agentliyin məlumatına görə, Liviyanın xarici işlər naziri Ben Xayal Niger rəsmiləri ilə görüşərək, Səədi Qəzzafi gələcək statusu müəyyənləşdirilənədək onun hərəkəti ev həbsi şəraitində məhdudlaşdırılacaq.
Qeyd edək ki, Müəmmər Qəzzafinin kiçik oğlu Səədi uzun müddət futbol üzrə Liviya millisinin üzvü olub və peşəkar futbolçu kimi tanınıb. O, Liviyada vətəndaş müharibəsi zamanı Nigerə qaçmağa müvəffəq olmuşdu.

Xəbər xidməti

3857 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

[23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO

[23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB

[23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI

[23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB

[23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ

[23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI

[23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI

[23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI

[23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM

[22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ

[22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR

ARXIV

Yeni MÜSAVAT © 2008