 |
Son xəbər
HAVALAR MÜLAYİMLƏŞƏCƏK 2012-02-12 Gündüzdən etibarən 2 dərəcəyədək isti proqnozlaşdırılır
|
Bu gün gündüzdən etibarən ölkə ərazisində hava şəraiti mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verlən məlumata görə, bu gün gündüz 1 dərəcəyədək şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Fevralın 12-si, 13-də aran rayonlarında gündüz 1-6 dərəcə isti, dağlıq rayonlarda isə 1-6 dərəcə şaxta proqnozlaşrıdırlır.
Fevralın 12-si gündüzdən etibarən isə şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, fevralın 12-dən sonra ölkə ərazisində havaların yenidən kəskinləşəcəyi gözlənilmir. 3002 dəfə baxılıb
|