|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçisinin seçilməsi üçün milli final konserti keçirilib. APA-nın məlumatına görə, finala vəsiqə qazanan beş finalçı arasından Səbinə Babayeva Azərbaycanı bu mötəbər müsabiqədə təmsil etmək hüququ qazanıb. Qalib İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, xalq artistləri Faiq Sücəddinov, Rauf Babayev, Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva, musiqişünas, professor Zümrüd Dadaşzadə və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyevanın daxil olduğu münsiflər heyətinin rəyi əsasında seçilib.
Milli final konserti Heydər Əliyev Sarayında baş tutub. Açılış mərasimi 57 illik “Eurovision” Mahnı Müsabiqəsinin tarixini, eləcə də Azərbaycanın təmsil olunduğu və əldə etdiyi yüksək nəticələri göstərən 4 illik təmsilçiliyindən bəhs edən video-çarxın nümayişi ilə başlayıb.
Aparıcılar Hüsniyə Məhərrəmova, Leyla Əliyeva və Kamran Quliyev səhnəyə xüsusi rəqslə çıxıblar. Təmsilçilik adı uğrunda beş nəfər –Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova mübarizə aparıb. Hər finalçı üç mahnı ifa edib. Proqramda Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edən və beşincilik qazanan Səfurə Əlizadə maraqlı şou nümayiş etdirib.
Can Bonomo müsabiqə üçün mahnının müəllifliyini özü etdiyini deyib. O, hazırda “Eurovision-2012”-də ifa edəcəyi mahnı üzərində ciddi-cəhdlə işlədiyini vurğulayıb. Səbinə Babayeva kimdir? Səbinə Babayeva 10-12 yaşlarında "Şən notlar" xorunun solisti olub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil və oranı vokal sinfi üzrə bitirib.
İş həyatı üzrə nəalliyyətləri bunlardır:
Səbinə həmçinin 2011-ci ildə milli seçim turunda iştirak edib, amma beşinci həftədə 3-cü yeri qazanaraq yarımfinala vəsiqə qazana bilməmişdi. Qeyd edək ki, ötən il Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal birincilik əldə ediblər. Qalib ölkə olaraq bu il müsabiqəyə ev sahibliyini Azərbaycan edir. Təmsilçimiz bu il birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək. APA 5717 dəfə baxılıb
|
[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI [24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI [23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO) [23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI [23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR [23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..." [23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU [23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB [23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR" [23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB” [23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB [23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR [23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB |
| Yeni MÜSAVAT © 2008 |
|