24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

2012-02-13

Gözləmə zallarında pulsuz internet olacaq, stansiyalar şüşədən və piramida formasında hazırlanacaq

52 yaşlı Bakı Funikulyorunun təmirdən sonra necə olacağı ilə bağlı şəkillər artıq sosial şəbəkələrdə yayılıb. Funikulyorun girişləri əvvəlki kimi Bəhram Gurun heykəli və “Şəhidlər” camesi yanında olacaq. Funikulyorun mayın 22-si, yəni "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində istifadəyə veriləcəyini bildirilir.

Tikintini aparan “Foral” şirkətin nümayəndələri bizə ərazidə çəkiliş aparmağa icazə vermədilər. Onlar bildirdilər ki, tikinti ərazisinə kənar şəxslərin buraxılması qadağandır və onların media nümayəndələrinə hər hansı informasiya vermək səlahiyyətləri yoxdur.

Ərazidə olan zaman qazılan tuneldə möhkəmləndirmə və relslərin dəyişdirilməsi işi həyata keçirilirdi. Köhnə qatarlarla bağlı sualımıza isə iç icraçısı kimi özünü təqdim edən Əli adlı şəxs onların yeniləri ilə əvəz olunacağını söylədi. O, bildirdi ki, hazırda funikulyorun möhtəşəm gözləmə zalı tikilir: “Burada sərnişinlər üçün hər şey nəzərdə tutulub. Hətta gözləmə zallarında pulsuz internetdə olacaq. Funikulyorun stansiyaları şüşədən və piramida formasında hazırlanacaq”.

Qeyd edək ki, funikulyorda aparılan təmir işləri ilə bərabər onun qarşısındakı Bəhram Gur heykəlinin ətrafı da təmirə bağlanılıb.
Bakı Funikulyoru 1960-cı ildə Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilərək 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxtımıza gətirilib. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib.

Fərahim İLQAROĞLU

2795 dəfə baxılıb

Xəbəri paylaş

[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI

[24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI

[23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO)

[23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI

[23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR

[23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..."

[23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU

[23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB

[23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR"

[23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB”

[23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB

[23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008