 |
Son xəbər
BAKIDA DƏM QAZI DƏHŞƏTİ: 17 NƏFƏR ÖLÜB, 541NƏFƏR ZƏHƏRLƏNİB 2012-02-21
|
2012-ci il yanvarın 1-dən fevralın 20-dək Bakıda 17 nəfər dəm qazından ölüb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, yanvarda 11, fevral ayında isə 6 nəfər dəm qazının qurbanı olub.
Yanvar ayı stansiyanın briqadaları 278 nəfərə dəm qazından zəhərləndiyinə görə tibbi yardım göstərib və onlardan 174 nəfəri xəstəxanaya yerləşdirilib. Fevralın geridə qalan 20 günü ərzində 263 insan zəhərləndiyinə görə müraciət edib və onlardan 206-sı xəstəxanaya çatdırılıb.
Dünən isə Bakıda 8 nəfər dəm qazından zəhərlənib və onların hamısı xəstəxanaya aparılıb.
Qeyd edək ki, son iki ayda dəm qazından ölən şəxslərin sayı daha çoxdur. Lakin bir çox halda dəm qazından boğulmuş şəxsin öldüyünü müəyyən edən yaxınları həkimə müraciət etməyə lüzum görmür. Bu kimi hallar, ümumiyyətlə bütün baş verənlər hüquq-mühafizə orqanlarında qeydiyyata alınır.
2422 dəfə baxılıb
|