|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Müsavat Partiyası Sabunçu rayon təşkilatının 2 aprel aksiyasına görə həbs olunan üzvü Elşən Həsənov dünən azadlığa buraxılıb. Mətbuatdan həm də dövlət başçısının sinif yoldaşı kimi tanınan E.Həsənovun azadlığa buraxılmasını eşidib dərhal onunla görüşmək üçün evinə yollanırıq. Bizi Elşən bəyin həyat yoldaşı Rəna xanım qarşılayır. Paytaxtın Sabunçu rayonunda kiçik məhəllədə yerləşən evinə girdiyimizdə keçmiş məhbus o qədər də isti olmayan otağın küncünə qoyulmuş kresloda oturub telefonla danışırdı. Telefon zəngi bitir, sonra təkrar zəng. Beləcə, Elşən bəyin təkrarlanan zənglərdən canını qurtarmasını gözləyirik. Deyəsən bunu hiss edir və gülür: “Həbs olunmaq yaxşıdır, azadlığa buraxılmaq ondan da yaxşıdır”,- deyə on aylıq həbsinə zarafatyana münasibət bildirir. Səbəbini də söyləyir: “Hamı səni axtarır, zəng edib təbrik edir. Telefonlar susmur”. Zəng edənlər isə onlarladır. Müsavat başqanı İsa Qəmbərdən tutmuş, sıravi müsavatçılara, dostlara, tanışlara qədər.
Bir də gördüm ayın 21-də Xəzər məhkəməsindən gəldilər. hakim Fatma xanım və yanında gələnlər dedilər ki, heç birimiz razı deyilik səni buraxmağa. Soruşdum ki, məcbursuz? Dedi ki, hə",- fikirlərini tamamlayır və az sonra soruşur: “Vaxtından tez çıxmaq pisdir bəyəm?”. Mitinq məhbusunun sözlərinə görə, həbsxanada məhkumlar tez-tez bu cür ərizələr yazırlar: “Həbs müddətinin üçdə ikisi, dörddə üçü bitmiş məhkumlar vaxtaşırı bu cür ərizələr yazırlar. Ayda bir dəfə də, hər ayın 5-6-sı məhkəmə keçirilir, buraxılan da olur, buraxılmayan da. Məsələn, iki ay əvvəl cəbhəçi Elnur Məcidli də məhkəmə üçün ərizə yazmışdı, amma buraxmadılar. Ancaq bu dəfə tək mənim üçün məhkəmə keçirildi. Dustaqlar deyirlər ki, indiyə qədər bir nəfər üçün burada məhkəmə keçirilməyib. Yəqin əvvəl də ərizə yazsam, buraxardılar. Sadəcə, ağlıma gəlməyib”.
Yeni il ərəfəsində əfvə düşmədiyini kədərlə vurğulayan Elşən bəy deyir ki, əfv üçün ərizə yazmasa da, əfvə düşəcəyini gözləyirmiş: “Özüm yazmadım. Yazsınlar da hüquq müdafiəçiləri”. Söhbətdən hiss olunur ki, keçmiş məhbus hüquq müdafiəçilərinin onun müdafiəsi üçün etdiklərindən o qədər də razı deyil. Ancaq konkret ad da çəkmir, bildirir ki, hüquq müdafiəçiləri bacardıqlarını ediblər: “İmkanlarına görə müdafiə ediblər, gücləri çatan qədər iş görüblər. Yəqin imkanları az imiş”. O, həm də deyir ki, həbsxanadakı bütün məhbuslar əfv gözləyirlər: “Hamı əfv, amnistiya barədə danışır, bütün günü bununla bağlı söhbətlər gedir. Əfv barədə söhbətlər çıxanda hamı ümid edir ki, azadlığa qovuşacaq. Siyahıdan sonra da..."
Keçmiş məhbus səhhətindəki problemlərdən də danışır. Onun sözlərinə görə, həkimlər onun müayinəsini həftələrlə yubadıblar: “Xəstəxanada məni müalicə etmək istəmirdilər. Bununla bağlı "Yeni Müsavat" qəzetində xəbər gedəndən sonra əl-ayağa düşdülər. Bir ay idi mənə bir dənə də olsun dərman verməmişdilər, düz bir ay. Ancaq sonradan hətta başqa xəstəxanaya aparıb ayağıma görə dəqiq müayinədən keçirdilər. Diaqnoz qoydular və əlillik dərəcəsi verdilər. Ayağıma görə ikinci dərəcəli əlil olduğumu dedilər, ancaq hələ kağızı ala bilməmişəm. Həbsxanadan çıxanda da Xəzər VTEK-in işçiləri gəlmişdilər, dedilər ki, idarəyə gəlib kağızı alarsan. Yəqin rüşvət istəyəcəklər".
Sonda Elşən bəy deyir ki, hamıya azadlıq arzulayır: “Həbsxanadakı dustaq yoldaşlarıma, elə çöldəkilərə də azadlıq arzulayıram. Elə ölkədəki vətəndaşların hamısı dustaq kimi yaşayırlar. Arabir həbsxanada qəzetləri oxuyurdum, heç xoşuma gəlmir ölkədəki vəziyyət. Türməni heç kimə arzulamıram. Oradan çöl daha pis görünür”.
Söhbətimizi bitirib Rəna xanımın qurban dediyi qoçu kəsdirməyə gedirik. Onların evlərinin yaxınlığındakı ət dükanının qəssabı qoyunu tez-bazar kəsib soyur və “Allah qəbul etsin”,- söyləyir. Elşən bəy isə yoldan ötən tanışlarla salamlaşıb hal-əhval tutur. Rəna xanım həyat yoldaşının həbsdən sağ-salamat çıxması üçün qurban deyibmiş. Və həm də bir daha həbsxana yollarında qalmaması ümidilə qurban payını böləcəyini söyləyir. Biz də elə bu ümidlə, həmçinin Elşən bəylə xanımını həmişə mübarizə yollarına görmək arzusu ilə onlardan ayrılırıq... Röya RƏFİYEVA 11520 dəfə baxılıb
|
[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI [24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI [23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO) [23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI [23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR [23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..." [23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU [23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB [23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR" [23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB” [23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB [23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR [23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB |
| Yeni MÜSAVAT © 2008 |
|