|
Son xəbər
GƏNCƏNİN YOL POLİSİNƏ RƏİS TƏYİN EDİLİB 2012-02-22
|
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Rafiq Məmmədov Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinə rəis təyin edilib.
Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin əvvəlki rəisi Fazil Cəfərov isə ötən ilin oktyabrında təqaüdə göndərilib. 1330 dəfə baxılıb
|