|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bu gün ANN.Az xəbər portalı 2012-ci ilin may ayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinə informasiya dəstəyi vermək məqsədi ilə yaradılmış “Eurovision.ANN.Az” saytının təqdimatını keçirib. Saytın ofisində baş tutan təqdimatda bildirilib ki, yeni sayt üç dildə – Rus, Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir. Əsas məqsəd ölkənin həyatında əhəmiyyətli rola malik olan “Eurovision-2012″ Mahnı Müsabiqəsi ilə əlaqədar ölkə və dünya ictimaiyyətinə maksimum məlumat çatdırmaqdır. Eurovision.ANN.Az saytı Azərbaycanda müsabiqənin rəsmi saytı olan “eurovision.az” və EBU-nun “eurovision.tv” səhifələrindən, o cümlədən xarici və yerli saytlardan informasiya qaynağı kimi yararlanır. Bundan əlavə sayta eksklüziv materiallar da yerləşdirilir. Eyni materiallar operativ olaraq, hər üç dildə yayımlanır. Saytda “Azərbaycan”, “Avropa ölkələri”, “Video”, “Foto” və “Evrovision tarixi” bölmələri fəaliyyət göstərir. Eurovision.ANN.Az saytı müstəqil mənbə olduğundan beynəlxalq agentliklər, informasiya resursları tez-tez bura müraciət edir. “Eurovision-2012″ ilə bağlı rəsmi məlumatlarla yanaşı, müstəqil materialların, təhlillərin, müsahibə və xəbərlərin də dərc olunması bu, səhifəni yerli və xarici media üçün daha maraqlı edir. Artıq BBC, Gazeta.ru, Al-Jaazira, Reuters kimi nüfuzlu agentliklər bu saytın xəbərlərindən bəhrələnirlər. Qeyd edək ki, ANN.Az portalı ötən ilin mart ayından fəaliyyətə başlayıb. Portalda 3 dildə (rus, azərbaycan və ingilis) və bütün sahələr üzrə xəbərlər, materiallar yerləşdirilsə də, əsas vurğu Azərbaycan mədəniyyətinin dünyada təbliğidir. Hazırda saytın təxminən 6 min gündəlik oxucusu, “Facebook” səhifəsində isə 10 mindən artıq üzvü var. ANN.Az öz media məhsullarını gələcəkdə də artırmaq və ictimaiyyətə təqdim etmək niyyətindədir.
1313 dəfə baxılıb
|
[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI [24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI [23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO) [23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI [23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR [23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..." [23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU [23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB [23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR" [23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB” [23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB [23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR [23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB |
| Yeni MÜSAVAT © 2008 |
|