|
Son xəbər
ƏFQANISTANDA ÜÇ GÜRCÜ HƏRBÇİ HƏLAK OLUB 2012-02-22
|
Gürcüstanın Əfqanıstandakı BMT sülhməramlı missiyasındakı üç hərbçisi taliblərin hücumu nəticəsində həlak olub. Teleqraf.az «Novosti Qruziya»-ya istinadən xəbər verir ki, kapral Valiko Beraya, Ruslan Meladze və Pata Kaçarva döyüş tapşırığını yerinə yetirərəkən həlak olub. Onlar taliblər tərəfindən avtomobilin partaldılması zamanı öldürülüb.
Gürsütan Müdafiə Nazirliyinin yayıdığı bu xəbərdə hadisənin baş verdiyi vaxt bildirilməyib.
Məlumata əsasən, Gürcüstan hərbçiləri 2009-cu il avqustun 6-dan Əfqanıstanda hərbi xidmətdə olublar. 368 dəfə baxılıb
|