24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

GƏNCLƏR MİTİNİQ KEÇİRƏCƏK

2012-02-22

Martın 4-ü şəhərin mərkəzində “Siyasi məhbuslara azadlıq!”, “Qarabağ!” və “Rüşvətə yox!” şüarları səslənəcək

Məlum olduğu kimi, fevralın 13-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova müraciət edib. Həmin müraciətdə martın 4-də saat 15:00-dan 17:00-dək ölkənin ərazi bütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçiriləcəyi bildirilir. Mitinqdə “Siyasi məhbuslara azadlıq!”, “Qarabağ!” və “Rüşvətə yox!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.

Bu barədə GHMK-dən redaksiyamıza məlumat verilib. Ancaq bu günədək meriyadan gənclərin müraciətinə heç bir cavab verilməyib. Komitə yetkililəri mitinqə hazırlıq, mitinq öncəsi keçirilən görüşlər və digər bu kimi məsələlərlə bağlı fevralın 23-ü, saat 12:00-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi qərargahında mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, 25 fevral tarixdə, saat 15:00-da VHP-nin akt zalında müxalifət və müstəqil gənclərin “Gələcək naminə” forumu da təşkil ediləcək. Müraciət GHMK tərəfindən edilib. GHMK-da 4 partiya, 5 təşkilatı - “Azad Gənclik” Təşkilatı, “Müsbət dəyişiklik” Gənclər Hərəkatı, “Dalğa” Gənclər Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı, “İnsan Hüquqları Klubu” , Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası, AXCP və ADP Gənclər Təşkilatları təmsil olunurlar.
Mitinqlə bağlı VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli “Yeni Müsavat”a açıqlamasında dedi ki, aksiyaları keçirməkdə israrlıdırlar: “Biz icazəli mitinq keçirəməyə israrliyiq və icra hakimiyyəti ilə danışıqlar üçün müraciət etmişik. Ancaq hələlik cavab yoxdur. Əgər icazə verilməsə, gənclərlə icazəszi aksiyalar barədə müzakirə aparacağıq. 3 məkandan biri - “Füzuli” meydanı, “Nərimanov” metrostansiyasının qarşısı və “Təbriz” kinoteatrının qarşısındakı meydanda aksiya keçirmək nəzərdə tutulub. Meriya harda icazə versə, yəni şəhərə yaxın yerlər olsa aksiyalar təşkil edəcəyik”.
“Azad” Gənclik Təşkilatının sədri Ülvi Həsənli meriya icazə vermədiyi halda icazəsiz mitinqin keçirilməsini istisna etmədi: “Meriyanın cavabını gözləyirik, əgər icazə verilməsə belə bir plan var. Yəni, şəhərin mərkəzində aksiyalar keçirəcəyik. Hüquqlarımız pozulur və buna etiraz səsimizi ucaltmalıyıq”.

1064 dəfə baxılıb

Xəbəri paylaş

[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI

[24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI

[23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO)

[23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI

[23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR

[23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..."

[23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU

[23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB

[23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR"

[23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB”

[23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB

[23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008