24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

"YENİ AZƏRBAYCAN" ALMAN CƏBHƏSİ AÇDI

2012-02-22

Yeni Azərbaycan Partiyasının qəzeti "Yeni Azərbaycan"ın bugünkü sayında "Otto fon Bismarkdan başlayan alman “qara kassa”ları" başlıqlı geniş yazı dərc olunub.

Yazının ikinci başlığı onun hansı janrda yazıldığının əyani göstəricisidir. Materialın alt başlığı belədir: "Və ya Əli Kərimlinin Almaniya səfiri ilə məxfi görüşlərinin sirri açılır".

"Yeni Azərbaycan"ın məqaləsi son zamanlar Almaniya KİV-lərində, xüsusilə də, “der Şpigel” qəzeti və ARD ictimai telekanalında Azərbaycana qarşı materialların dərc və nümayiş edilməsinə qarşı yönəlib. Məqalədə bildirilir ki, dünya enerji xəritəsinə yeni layihələrin daxil olduğu ərəfədə dərc olunan və yayılan materialların xüsusi olaraq, qərəzli ruhda olması, bir-birini təkrarlaması, təbii ki, müəyyən şübhələr doğurur və bir sıra məqamlara aydınlıq gətirilməsini labüd hala çevirir: "Məsələ bundan ibarətdir ki, Azərbaycana münasibətdə qərəzli mövqe tutan və Almaniyanın mətbuat sektoruna faktiki nəzarət edən, bu dövlətin siyasətinə ciddi təsir imkanlarına malik olan sosial-demokratlar (ASDP) və “yaşıllar” “NABUCCO” ilə bağlı iflaslarını ölkəmizin ayağına yazmağa cəhd göstərirlər. Bu məsələdə isə həm “Eurovision-2012” amilindən, həm də Qərbin standart təzyiqetmə vasitələrindən - demokratiyadan, insan hüquqlarından və s. istifadə edirlər. Lakin problemin bir qədər dərin araşdırılması zamanı ortaya çıxan nəticə başqa məqamlardan xəbər verir..."

Yazıda iddia olunur ki, Almaniya dövləti göstərdiyimiz daxili və xarici problemləri ilə məşğul olmaq əvəzinə həm də başqa dövlətlərin daxilindəki antimilli qüvvələri də maliyyələşdirməklə məşğuldur: "Öz iqtisadi maraqlarını təmin etmək məqsədilə həm siyasi marionetkalar, həm də mətbuat vasitəsilə müxtəlif ölkələrlə təzyiqlər etməyə çalışan Almaniya Azərbaycana qarşı da eyni metodu işə salıb.
Heç bir hüquqi əsası olmayan, məsələ ilə bağlı qondarma məruzəçinin təyin olunması, həmçinin, Azərbaycan parlamentinin sabiq spikeri, hazırda İnterpol xətti ilə cinayət axtarışında olan Rəsul Quliyevin Almaniyaya səfəri də çox qəribə görünür. R.Quliyev Berlində Almaniya parlamentinin (Bundestaqın) həddən artıq iddialı üzvü, ermənipərəst “yaşıl”, Ermənistana səfər etmiş və ən müxtəlif səbəblərə görə bu ölkəyə valeh olduğunu bildirmiş Viola fon Kramon ilə görüşüb. Həmçinin, Ermənistandan fərqli olaraq, fon Kramon hansısa səbəblərə görə, onu möhkəm narahat edən və qıcıqlandıran Azərbaycanı tənqid etmək üçün imkanlarını əsirgəmir. Etibarlı mənbələrdən verilən məlumata görə, hazırda fon Kramon Bundestaqın Azərbaycana münasibətdə mənfi əhval-ruhiyyəli müxtəlif üzvləri ilə R.Quliyevin görüşlərinin təşkil edilməsi ilə fəal məşğul olur".

Materialda AXCP sədri Əli Kərimlinin "ifşa"sına da yer ayrılıb: "Ötən ilin yayında Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellə AXCP sədri Əli Kərimlinin məxfi görüşündə Azərbaycanda daxili siyasi mübarizədə Əli Kərimlinin fəaliyyət istiqamətləri, ona yaxın QHT-lərin Almaniya fondları tərəfindən maliyyələşdirilməsi və s. məsələlər müzakirə edilib. Həmçinin, Almaniya mətbuatında Azərbaycanla bağlı veriləcək tənqidi materialların Ə.Kərimlinin nəzarətində olan qəzet tərəfindən tirajlanması barədə razılıq əldə olunub. Bundan başqa, ötən ilin əvvəlində Əli Kərimlinin səfir Herbert Kvell və Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi müvəkkili Patrisiya Florla müəmmalı görüşündə də oxşar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son zamanlar Əli Kərimliyə yaxın QHT-lərin qrant mənbələrini araşdırsaq, bu mənbələr içərisində Almaniya fondlarının böyük üstünlük təşkil edəcəyi şübhə doğurmur. Buna görə də, onun nəzarətində olan “Azadlıq” qəzeti bu gün Almaniyanın Azərbaycanı tənqid edən dairələrinin və KİV-lərinin Azərbaycandakı ruporuna çevrilib.
Əslində, belə faktlar, hətta, postsovet ölkələrində, məsələn Rusiyada, Gürcüstanda, Ukraynada ifşa olunsaydı, o partiyaların rəhbərləri istefa verərdilər. Lakin onsuzda çirkin siyasi reputasiyaya malik Əli Kərimliyə belə ittihamlar, çətin ki, təsir göstərə.
Bir faktı da qeyd edək ki, korrupsiya halları ilə bağlı bu ölkənin tarixi kifayət qədər zəngindir. Elə həmin o “qara kassa”lar məşhur kansler Otto fon Bismarkın ixtirasıdır. Prusiya kralı ll Fridrix hesab edirdi ki, Avstriya imperatriçası Mariya Tereza onun nazirlərini satın alır. Bu gün də həmin “qara kassalar”dakı vəsaitlər yerli siyasətçilərə xidmət etməklə yanaşı, həm də müxtəlif ölkələrdə öz maraqlarını yeritməyə, məsələn Azərbaycanda Əli Kərimli kimilərini maliyyələşdirməklə hakimiyyətə təzyiqə cəhd göstərməyə sərf olunur".

 

2066 dəfə baxılıb

Xəbəri paylaş

[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI

[24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI

[23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO)

[23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI

[23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR

[23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..."

[23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU

[23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB

[23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR"

[23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB”

[23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB

[23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008