|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Fevralın 22-də BMT-nin nəzdində olan Beynəlxalq Atom Enerjisi Agentliyi rəsmi bəyanat yayıb. Bəyanatda deyilir ki,İranda səfərdə olan agentlik nümayəndələrinin yerli rəsmilərlə apardığı iki günlük müzakirələr nəticəsiz başa çatıb. Xatırladaq ki, son bir ayda bu, agentliklə İran arasında keçirilmiş ikinci danışıqdır. Hər iki danışıq uğursuz olub. Rəsmi Tehran agentlik nümayəndələrinin bir sıra hərbi obyektlərə girişinə icazə verməyiblər. Bu isə o deməkdir ki, Qərblə İran arasında mövcud olan gərginliyə yeni elementlər daxil olacaq. Nəticədə İrana tətbiq olunan sanksiyaların təsir dairəsi genişlənəcək. Agentliyin Venadakı baş ofisinin nümayəndəsi deyib ki, İran təkidlə bəzi obyeklərə girişə imkan vermir. Agentliyin direktoru Yukiya Amono da məsələyə münasibət bildirib: “Təəssüflər olsun ki, bu barədə hər hansı razılıq əldə edilməyib. Həmçinin müzakirələrin birinci və ikinci mərhələsində Beynəlxalq Atom Enerjisi Agentliyinin Tehrana səfər edən yüksək rütbəli ekspertləri İranın “Parçin” nüvə obyektinə girmək istəsələr də, İran tərəfi buna imkan verməyib”. Xatırladaq ki,İranın sözügedən agentlikdəki təmsilçisi Əli Əsgər Sultani bildirib ki,Tehran nüvə silahının dünyada yayılmasının qarşısını almaq istəyən agentlikə konstruktiv danışıqlar aparmaq fikrindədir. Amma agentliyin mətbuat xidməti bildirib ki, hazırda agentliklə İran arasında gələcək danışıqlarla bağlı hər hansl razılaşma mövcud deyil. Elbəyi HƏSƏNLİ
1350 dəfə baxılıb
|
[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI [24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI [23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO) [23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI [23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR [23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..." [23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU [23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB [23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR" [23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB” [23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB [23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR [23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB |
| Yeni MÜSAVAT © 2008 |
|