24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

ZÜLFÜQARLI QARDAŞLARININ MƏHKƏMƏSİNDƏ QALMAQAL

2012-02-22

Hakim zavodlar adına rəsmiləşdirilənin vəkilinə xəbərdarlıq etdi

Xətai Rayon Məhkəməsində Zülfüqarlı qardaşlarının təsisçisi olduğu “Birlik” MMC-yə məxsus “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarının qanunsuz və zorakılıqla əllərindən alınması ilə bağlı Mahir Ağayevə və Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) qarşı iddiaları üzrə proses davam edir.

Dünənki iclasa cavabdeh Mahir Ağayev qatılmamışdı. Ümumiyyətlə iş üzrə əvvəlki cavabdeh, Lerikli çoban Gəray Məmədov da nə hazırlıq, nə də sonrakı proseslərə gəlmirdi. Onu da vəkil Ceyhun Yusifov təmsil edirdi, M.Ağayevi də məhkəmədə eyni vəkil təmsil edir. Prosesə Ceyhun Yusifov vaxtından bir saat gec gəlməşdi və buna görə də prosesin başlanmasında bir qədər gecikməsi oldu.
Hakim İlqar Qaralovun sədrliyi ilə keçirilən prosesdə Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov vəsatətlə çıxış etdi. A.İsmayılov məhkəmə istintaqının təzələnməsini və 2006-cı ildə “Birlik” MMC-nin icraçı direktoru olmuş Cəfər Nuruşovun dindirilməsini istədi. ƏMDK və Milli Depozit Fondunun təmsilçiləri məhkəmə istintaqının təzəlınməsinə etiraz etdilər. ƏMDK-nın nümayəndəsi Ülvi Nəsibli bildirdi ki, Cəfər Nuruşovun iddia üzrə məhkəmənin gedişinə adiyatı yoxdur. A. İsmayılov isə qeyd etdi ki, N.Cəfərov zavodların alqı-satqısında birbaşa iştirak edib. Vəkilin sözlərinə görə, alqı-satqının necə aparılmasını N.Cəfərov məhkəmədə izah edəcək. Hakim vəsatəti təmin etdi və məhkəmə istintaqının təzələnməsi ilə bağlı qərarı açıqladı.
Daha sonra N.Cəfərov məhkəmədə ifadə verdi. Məlum hadisələrdən uzun müddət keçdiyini və alqı-satqı günün tarixini xatılamadığını deyən N.Cəfərov bildirdi ki, alqı-satqı zamanı o heç kimdən pul almayıb. O, alqı-satqı zamanı Gəray Məmmədovu tanımadığını bildirdi. Bildirdi ki, bu günə kimi də G. Məmmədovu tanımır. Zavodların alqı-satqısından sonra, yəni, 2008-ci ilə kimi “Birlik” MMC-nin icraçı direktoru vəzifəsində çalışıb. Şahidin sözlərinə görə, bu müddət ərzində zavodların səhmlərinin 80 fazinə sahib olan G. Məmmədov idarəyə gəlməyib və zavodların fəaliyyəti ilə maraqlanmayıb.
Şahid həmçinin bildirdi ki, zavodların alqı-satıqı təcili həyata keçirildi: “Zülfüqarlı qardaşlarından biri, Baxış mənə zəng etdi və Milli Depozit Fonduna gəlməyimi istədi. Mən ora gələndə dedi ki, bu sənədlərə imza et, zavodları satırıq. Mən dedim ki, bu sənədləri oxumaq lazımdı. Baxış dedi ki, oxumağa vaxt yoxdur, zavodları təhvil verib, qardaşlarımı həbsdən qurtarmalıyam. Mən də zavodun sahibi satdığı üçün imza etdim”.
Milli Depozit Fondunun nümayəndəsi bildirdi ki, alqı-satqı zamanı tərəflərin bir-birini görməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, alqı-satıqı brokerler həyata keçirir. ƏMDK-nın nümayəndəsi Ülvi Nəsibli də şahidin ifadəsinə şərh verdi. O, bildirdi ki, şahidin səsləndirdiyi ifadə iddaçı tərəfin yox, qarşı tərəfin mövqeyi ilə üst-üstə düşür. O, həmçinin bildirdi ki, alqı-satqı düzgün həyata keçirilib. Hər iki dövlət qurumunun çıxışına A. İsmayılov kəskin etiraz etdi: “Burda bir-iki cavan uşaq oturub, ağzına gələni danışır, yalana don geyindirirlər. Onların diqqətinə çatdırıram ki, hər şeyin bir sonu var, həyatın üzü qəddardır. Bu gün burada yalana don geyindirənlərin hər biri həbs ediləcək”.
ƏMDK-nın nümayəndəsi vəkilə həbsə düşməkdən qorxmadığını bildirdi: “Həbsə düşmək alın yazısıdır, hər kəs bir-birinə hörmət etməlidir”.
A.İsmayılov isə hər iki dövlət qurumunun təmsilçisinin hörmətə layiq olmadıqılarını qeyd etdi. Bu zaman tərəflər arasında kəskin mübahisə yarandı. Hakim mübahisəni sakitləşdirəndən sonra tərəflərə xəbərdarlıq etdi.
Bundan sonra A.İsmayılov Milli Depozet Fondunun nümqayəndəsindən brokerlərin harda lisenziya almaları ilə maraqlandı. Fondun nümayəndəsi bildirdi ki, brokerlər əvvəllər Ədliyyə Nazirliyində, hazırda isə Vergilər Nazirliyində qeydiyyatdan keçirlər. Onun sözlərinə görə, lisenziyanı isə broekrlərə Milli Depozet Fondu verir. Nümayəndənin sözlərinə görə, fondun icazəsi olmasa, brokerliklə məşğul olmağa icazə verilmir.
A. İsmayılov vəsatətlə çıxış etdi. O, bildirdi ki, alqı-satqı zamanı iştirak edən brokerlərin məhkəmə iclasında dindirilməsi vacibdir: “Bu vəsatət təmin edilməlidir, çünki ədalətli məhkəmə araşdırmasının aparılması üçün bu vacibdir. Brokerlər Milli Depozit Fondunun dəllallarıdır. Fondun nümayəndəsinin çıxışında da bu məlum oldu. Brokerlər ifadə verməldir ki, zavodların alqı-satıqısı ilə bağlı kimlərlə görüşüblər. Mən burada dövlət qurumunun yalanlarını müdafiə edən bu şəxslərə yazığım gəlir”.
ƏMDK-nın nümayəndəsi A.İsmayılovun ifadəsinə etirazını bildirdi. Gəray Məmmədov və Mahir Ağayevin vəkili Ceyhun Yusifov da etiraz etdi. O, A.İsmayılov tərəfindən təhqir olunduğun deyərək, məhkəmə zalında səs-küy salmağa başladı. Cavadehlərin vəkilinin səs-küy salması hakimi qəzəblənməsi ilə nəticələndi. Proresə vaxtından da gec gəldiyini deyən hakim C.Yusifova etirazını bildirdi: “Hörmətli vəkil, sizin barənizdə daha ciddi tədbirlər görüləcək. İki prosesdir gecikirsiz, gələndə də yerli-yersiz etirtaz edirsiz. Protokola qeyd olunsun ki, vəkil Ceyhun Yusifova ciddi xəbərdarlıq edildi”.
Bundan sonra hakim brokerlərin məhkəmədə dindirilməsi ilə bağlı vəsatəti təmin etmədi. Daha sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirini öyrəndi. A.İsmayılov məhkəmə istintaqının yekunlaşmasına etiraz etdi. O, zavodların “sahib”ləri olan Gəray Məmmədov və Mahir Ağayevin məhkəmədə dindirilməsini istədi. Hakim bildirdi ki, mülki məhkəmələrdə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasları keçirilir və qərar elan edilir. Buna görə də hakim hər iki cavadehlərin məhkəmədə iştirak etməsinə əsas görmədi. Dövlət qurumlarının nümayəndələri, Mahir Ağayev və Gəray Məmmədovun vəkili Ceyhun Yusifov məhkəmə istintaqının yekunlaşmasının tərəfdarı olduqlarını bildirdilər. Hakim məhkəmə istintaqının yekunlaşdığını və çıxış etmək üçün Zülfüqarlı qardaşlarının vəkilinə söz verdi. A. İsmayılov bildirdi ki, çıxış etmək üçün tam hazır deyil. O, qeyd etdi ki, məhkəmə iclasında yeni məqamlar ortalığa çıxıb və həmin faktları da çıxışına əlavə etməlidir. Buna görə də A. İsmayılov çıxışa hazırlaşmaq üçün əlavə vaxt istədi. Hakim onun istəyini nəzərə alaraq,  məhkəmənin davamını fevralın 24-nə, 12.30-a təyin etdi.

E.MƏMMƏDƏLIYEV

1360 dəfə baxılıb

Xəbəri paylaş

[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI

[24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI

[23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO)

[23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI

[23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR

[23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..."

[23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU

[23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB

[23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR"

[23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB”

[23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB

[23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008