24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

ERMƏNİSTAN VƏ AZƏRBAYCAN ZİYALILARININ MOSKVA GÖRÜŞÜ BAŞ TUTUB

2012-02-22

Azərbaycanın Rusiyadakı səfirliyi bu gün Moskvada keçirilən Azərbaycan və Ermənistan ziyalılarının görüşü barədə məlumat yayıb. Səfirlikdən APA-nın Moskva bürosuna verilən məlumatda bildirilir ki, 23 yanvar 2012-ci il tarixində Soçi şəhərində keçirilmiş Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin görüşünün tövsiyələrini nəzərə alaraq, Moskvada humanitar əlaqələrin inkişafı çərçivəsində Azərbaycan və Ermənistan ziyalıların görüşü təşkil edilib.

Fevralın 21-də hər iki dövlətin nümayəndələri və səfirləri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfiri, professor Mixail Şvıdkoyun bədii rəhbərliyi ilə fəaliyyət göstərən “Müzikl teatr”ın açılış tamaşasında iştirak ediblər.
Tədbirdə həmçinin Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Moskvanın tanınmış incəsənət və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Bu gün nümayəndə heyətləri Rusiya Federasiyasının İctimai Palatasında görüş keçiriblər. Azərbaycan tərəfindən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Bakı Slavyan Universitetin rektoru Kamal Abdulla, Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri Murad Adıgözəlzadə və Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak ediblər.
Ermənistan tərəfi görüşdə Dövlət Teatr və Kinematoqrafiya İnstitutun rektoru Armen Mazmanyan, Milli Məclisin deputatı Qermine Nağdalyan, “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan, Rolan Bıkov adına Fondun direktoru Nune Manukyan və səfir Oleq Esayan ilə təmsil olunublar. Rusiya tərəfindən görüşdə Mixail Şvıdkoy, Rusiya İctimai Palatasının Katibinin birinci müavini Mixail Ostrovskiy, Rusiya İctimai Palatasının beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə işçi qrupunun rəhbəri Aleksandr Sokolov, Rusiya İctimai Palatasının tolerantlıq və vicdan azadlığı üzrə komissiyanın üzvü Alla Qerber və Rusiya İctimai Palatasının KİV-lərin dəstəklənməsi üzrə Komissiyanın üzvü Andrey Dementyev iştirak ediblər.
MDB iştirakçı dövlətlərinin Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Armen Smbatyan da görüşdə iştirak edib.

Sonra nümayəndə heyətləri “Rossiyskaya qazeta” qəzetinin redaksiyasında söhbəti davam etdiriblər. Görüşdə qəzetin baş redaktoru Vladislav Fronin, baş redaktorun müavini Yadviqa Yuferova və Baş direktorun müavini, beynəlxalq layihələrin direksiyasının rəhbəri Yevqeniy Abov iştirak ediblər.

“Rossiyskaya qazeta”nın baş redaktoru V. Fronin in açılış nitqi ilə başlayan görüş zamanı tərəflər Azərbaycan və Ermənistan cəmiyyətlərində tolerantlığın vacibliyini, xüsusən, media nümayəndələrinin, KİV-lərin ictimaiyyət qarşısında məsuliyyətin artırılmasının zəruriliyini bildiriblər.

Daha sonra nümayəndə heyətləri söhbəti Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfiri Mixail Şvıdkoy tərəfindən təşkil olunmuş naharda qeyri formal şəraitdə davam etdiriblər.

Görüşdə hər iki tərəfin nümayəndələri müxtəlif təkliflərlə çıxış ediblər.
Yekunda Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu hər iki ölkənin rəhbərliyi qarşısında bir neçə təşəbbüslə çıxış etmək arzusunu dilə gətirib: “Əgər bu təkliflər qəbul olunsa, o zaman onları reallaşdırmağa başlamaq lazımdır”. Bu təklif görüş iştirakçıları tərəfindən dəstəklənib.

1490 dəfə baxılıb

Xəbəri paylaş

[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI

[24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI

[23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO)

[23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI

[23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR

[23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..."

[23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU

[23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB

[23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR"

[23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB”

[23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB

[23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008