ABŞ və Böyük Britaniya Azərbaycan güc strukturları nümayəndələrinə viza verilməsini dayandırıb. “Maqnitski qanunu” adlandırılan mexanizmin artıq müxalifətçi fəallara qarşı zor və qeyri-insani davranış sərgiləyən Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri əməkdaşlarına tətbiq edilib. Xəbəri haqqın.az saytı diplomatik qaynaqlara istinadən yayıb.
Sözügedən diplomatik qaynaq onu da bildirib ki, bu, Qərbin ölkədə demokratik islahatlarla bağlı tələblərini qulaqardına vuran Azərbaycan iqtidarına qarşı qeyri-formal qərarıdır. Əgər Azərbaycan iqtidarı bundan sonra da Qərbin tələblərini qulaqardına vuracaqsa, bu hakimiyyət komandasını bütün üzvlərinə şamil edilə bilər. Haqqın.az ABŞ-a, Böyük Britaniyaya səfirliklərindən viza ala bilməyən məmurlar və hüquq-mühafizə orqanları əməkdaşları haqqında geniş bilgisi olduğunu yazsa da dəqiq az açıqlamır. Qeyd edək ki, ötən həftənin sonlarında "Yeni Müsavat" qəzetində Azərbaycan iqtidarının 26 yüksək mənsəbli üzvünün barəsində bu cür sənəd hazırlandığı, onları Qərb ölkələrinə girişinin yasaqlanacağı barədə material yerləşdirilmişdi. Görünür, artıq mexanizm işə düşüb.
Aygün Muradxanlı














Dəvə girib pambığa və başını salıb aşağ başlayır pambığa ziyan vurmağa.Bu zaman özü kolların arasında heç kimi ğörməyir və elə düşünür ki heç kim onu görməyir...Maşallah,kim nə deyər bizdə olan qeyrətə?