Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayev bir neçə gün əvvəl KİV-lərə müraciət edib. Qalmaqallı müraciətləri ilə gündəmə gələn rektor qardaşı Mahir Abdullayevin itkin düşməsində şübhələndiyi şəxslərin sırasını artırıb. Həmin siyahıda bundan əvvəl də qadınlar olub- budəfəki yeni sima da qadındır. Üstəlik, E. Abdullayev iddia edir ki, həmin xanıma - Milli Məclisin üzvü Gülər Əhmədovaya 2 milyon dollar rüşvət də verib.

Müraciətində iddia edir ki, bu hadisə 2005-ci ilin noyabr ayına təsadüf edib: “Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşımın sağ-salamat geri qaytarılacağına söz vermişdir. Lakin o, vədinə əməl etməmiş, pulumu geri istədikdə isə məni həbs etdirəcəyi və fiziki cəhətdən məhv etdirəcəyi ilə hədələmişdir”. Rektor etiraf edir ki, o,  Gülər Əhmədova ilə söhbətlərinin video çəkilişini və telefon danışıqlarının audio yazısını aparıb.
Onun bu iddialarına Gülər Əhmədova facebook statusunda cavab verib və hər şeyin yalan olduğunu bildirib.
E. Abdullayev Azərbaycanın tanınmış vəkillərindən biri olan Adil İsmayılovla müqavilə də imzalayıb. Biz də bunu nəzərə alıb,  “E.Abdullayev sözügedən videonu Azərbaycanda kiməsə veribmi”, - sualı ilə vəkili Adil İsmayılova müraciət etdik. Vəkil dedi:
“Elşad Abdullayev deyir ki, onda Gülər Əhmədovanın ondan 2 milyon manat almasını təsdiqləyən kaset var. Həmin kaseti o, Baş Prokurorluğa, Prezident Adminstrasiyasına və Gülər Əhmədovanın özünə göndərib” – deyə A.İsmayılov bildirdi. O, qeyd etdi ki, müvəkkili məsələ ilə bağlı Baş Prokurorluq rəsmi açıqlama yayandan sonra videonu yaymaq fikrindədir.
25 sentyabrda, günün ikinci yarısında  E. Abdullıayev Azpolitika.info saytına məktub yollayıb. Məktubda bildirilir ki, o, əks tərəfin - Azərbaycan Respublikası Prokurorluğunun və deputat Gülər Əhmədovanın onun bir neçə gün öncə yaydığı bəyanatına nə reaksiya verəcəklərini gözlədiyi üçün söhbət açdığı video və audio yazıları kütləvi informasiya vasitələrinə təqdim etməyib: "Bəyanatın dərc olunmasından bir neçə gün keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir səs çıxmadı, yəqin ki, çıxa da bilməzdi. Çünki onlar həmin video və audio yazılarla tanışdırlar".
Bu bir neçə gün ərzində bəyanatla bağlı gedən müzakirələrlə tanış olduğunu bildirən E.Abdullayev qeyd edib ki, bəzilərinin ümumiyyətlə video və audio yazıların olmasına şübhə ilə yanaşdığını bildiyindən, bu şübhələrə son qoymaq üçün Gülər Əhmədova ilə danışığının video çəkilişindən bir fraqmenti mediaya təqdim edəcək.
“Yeni Müsavat” qəzeti videolar yayılmazdan öncə  dəqiqləşdirib ki, belə bir video-fraqment doğrudan da mövcuddur və rektor bu dəfə blef etmir. Həmin video-görüntüləri internetə qoyulmazdan öncə seyr edən tanınmış bir şəxs müxbirimizə deyib ki, orada deputat Gülər Əhmədova ilə Elşad Abdullayev doğurdan da pul söhbəti edirlər. Gülər Əhmədovanın yaxın ətrafından bir nəfər qeyri-rəsmi şəkildə müxbirimizə deyib ki, o lent yazısındakı məlum fraqment montaj edilib: “Biz ona baxmışıq. Orada doğrudan da pul söhbəti gedir. Lakin millət vəkili pulları batan tələbə yaxınlarının Elşad Abdullayevdən olan şikayətləri əsasında, onların maraqlarını təmsil edir. Rektordan tələb olunan pullar da həmin vətəndaşlardan aldadılma yolu ilə alınan pullardır. Sadəcə fraqment montaj olunub”. Bu fraqmentin montaj olmasını videonun yayılacağını ilk xəbər verən sayt da iddia edir.
Lakin 25 sentyabr saat 20 radələrində internetdə (ilk olaraq “Azadlıq” qəzetinin saytında) yayılan video-rolik hər şeyi aydınlaşdırdı. Oradan açıq və təkzibolunmaz şəkildə  görünür ki, deputat rektorla, Sevinc Babayeva adlı bir qadının da iştirakı ilə, deputat mandatı qarşılığında pul söhbəti edir. Gülər Əhmədova deyir ki, 1 milyon qarşılığında E. Abdullayevi hakimiyyətin siyahısına saldıracaq. Danışıqdan da göründüyü kimi, həmin məbləğin 500 mini alınıb.
Beləliklə, ölkə siyasətində (həm də facebook-da) zəlzələ yarada biləcək bir olay baş verdi. Bir sıra ciddi ekspetlər iddia edirlər ki, bu fakt Gülər Əhmədovanın karyerasını bitirə bilər.  

E. Məmmədəliyev

 

 


 

44 Şərh var GÖSTƏR

  1. qulya 2013-01-21 22:00:16

    bu tam qurulmadi.butun deputatlar hamisi eynidi o tek deyil

  2. Rahim 2012-10-08 15:59:36

    Bu boyda montaj olar??????Videodaki sesle butun jestler ,hereketler,hetta dodaqlarin terpeniwynen ust uste duwur.Bir deki bu hakimiyyete haminiz beledsiniz onsuzda.Bu sadece ortaliga cixanidi.Inwallah ki hamsi xalqa beyan olar.Belke onda millet qeyrete geldi.Yoxsa bu milleti hec zelzelede terpede bilmir yerinne.Men cox meetelem bele haqsizliqa qarwi olan sukuta.Niye axi hec kim bu ve ya diger bu kimi ruwvetxorluqa,nadanliqa,saxtakarliqa rqarwi oz reaksiyasini bildirmir..Bir terefdende hec kimi qinamiram.Bizi(xalqi) ele gune saliblar ki,corey pulu qazanmaqdan bawqa ne ise fikirlewmek istemirik.hami oz ailesini dolandirmaqi ac qalmamaqi fikirlewir.Men vallah partdiyiram icimde neyniyim axi tek elden ses cixmir.

  3. SEVINC 2012-10-05 23:42:47

    OD , OLMASA TUSTU CIXMAZ........COX TESSUF KI , ,,,,,,,,,HAQQ OZ YERINI TAPA BILMIR AZERBAYCANDA........QORENE CEZA VERILIR..........

  4. ƏSƏD 2012-10-02 07:11:13

    INDI BUNUN ADINI QOYACAQLAR MANTAJ.GUYA RUSVET ALMİRLAR..BURA NE GÜRCÜSTAN NE TURKİYE NEDE AMERİKADİ..Kİ..CAMAAT KUCƏLƏRƏ CİXA ETİRAZİNİ BİLDİRƏ...SRAZU DAMA SALACALAR...MENDE MUELLİM ADAMAM AYDA 150 MANAT ALIRAM ONNANDA OLACAM.........................

  5. rafael 2012-09-29 19:48:17

    EVEZ ZEYNALLINI da iliwdirdin,bezmedin?ndi novbe kimindi?yene ne planin varki mandatdan imtna etdin?iranda seninkimilere edam duwur.......

  6. rustem azeri ( berlin ) 2012-09-28 02:12:34

    Az parlamentinde oturan cenab mestibatlar, sizin 500 min manatiniz cehennem, menim bir abasilig heyatim hara getdi. guler xanim siz meni berlinde kecirtiyimiz azerbaycan gecwsinden yaxsi tanimaniz gerekir. Size o vaxt yaltaxlanan ve sonra cemyet sedri vezifelerine nail olan insanlar, burda mileti ayirma faiyliyetine nail oldular. Almanyada perisan dusmus azerbaycan mileti, olmayan diyaspora ilgisizliyinin ugursuz siyaseti uzunden, ezilmeklere, mehf edilmeklere meruz galiblar. siz parlamente milet ticareti iyle mesgul oldugunuz zaman, xaricde yasayan sade azerbaycan mileti, alcalmalara , ezilmelere, mehf edilmeklere meruz galib. men sizleri yaxsi basa dusurem, nece deyeler milet nece tarac olur olsun ne isim var, dusmenlere mohtac olur olsun ne isim var siyasetiniz, dovletcilik ve miletcilik siyasetinden daha ustundur. cenab parlament mesedileri, men rustem azeri size sual verirem, menim heyatimi nece gepiye satdiniz??? hormetle rustem azeri

  7. emil 2012-09-27 20:11:28

    her kes beyanat verdi muxalifetcilerden.bes bizim parlamentedeki real muxalifet kimi qebul olunan IQBAL AGAZADE niye susur?belke onnan da 1 million aliblar,xeberimiz yoxdu????

  8. Vahid 2012-09-27 19:36:38

    Vahid canı biabırçıluğdu. bu kadrlara baxanda məni gülmey tutur.

  9. bayram 2012-09-27 17:58:46

    Deputat razborkadan danisir kisini plov kimi yeyir. Bunun yeri hepsxanadi gorek ordada dil dil ote bilecek. Ar olsun.

  10. Hiko 2012-09-27 16:50:14

    BAZAR OLSUN!!!!

  11. L.A. 2012-09-27 15:32:41

    CEMA niki ilə yazan şəhrçinin yazdıqları həqiqətə çox bənzəyir.

  12. ali 2012-09-27 14:44:14

    Gozbeli-gebir duzelder!!! Azerbaycanida bunlar!!!!!

  13. mutleq oxuyun! 2012-09-27 12:07:28

    Ey bu serhleri oxuyanlar!Cema adli istifadecinin yazdigi serhin axirinci cumlelerini oxuyun,gorun bunlar nece de serefsizdiler!Adamin hec inanmagi gelmir!

  14. Cema 2012-09-27 10:03:46

    Gülər Əhmədovanın görüntülərini izləyəndə adamda belə bir fikir formalaşır. Görəsən, dogurdanmı, bu bazarkoma oxşayan insan millət vəkilidir. Özü də, evlərin arasında qeyri-qanuni fəaliyyət göstərən həftəbazarının pulyığanına da etibar etməyən bazarkomdur sanki. Belələri heç kimin xəbərinin olmayacagını güman edib, hamını güya vəzifəyə qoyur, vəzifəsini qaldırır. Razborkalar aparır və s. yadımdadır, bir vaxtlar əvvəllər Xıznın polis rəisi olmuş və insan oğurluğuna görə həbs edilmiş, daha sonra özünü DAK Azərbaycan üzrə sədr elan etmiş İsmayıl adlı birisi ilə əlbiriydi. Sonra belə məsələlərə görə araları dəydi. Bu xanim lap Aygün Kazımova kimi deyirdi ki, bir barmağımı qaldırmaq kifayətdir ki, istənilən naziri Əli İnsanovun yanına göndərim. Hamıya xox gəlməklə fırıldaqlarının üstünü örtürdü. Bu adam Xural qəzetində Əvəz Zeynallıya birgə olmagı, onunla əlbir işləməyi, xərclərini özünün ödəyəcəyini vəd etsə də, ovunu ələ keçirə bilmədiyindən onu məhv etdi. Yanı sonuncu aşiq olduğu insanı həbsxana divarları arasına atdıra bildi. Bundan sonra isə özünü daha hörmətli qələmə verib gücünün nəyə qadir olmasıyla bağlı orda burda lovgalandı. Həəə, atalar deyib gen qaz, dayaz qaz. Birdən o quyuya özün düşməli olarsan. Preziden Aparatının mühafizə idarəsini arxasında bir qadın salonu var. Evrovijn müsabiqəsinin finalı günü Gülər Əhmədova da oradaydı, rəfiqəsi Tənzilə Rüstəmxanlı və onun qızıyla birlikdə. Həmin vaxt AZTVdən prezidentin və ailəsinin Respublika Günü ilə bağlı verdiyi ziyafətdən kadrlar nümayiş olunurdu. T.Rüstəmxanlı ondan soruşdu ki, Gulyaaa, aa... seni nə əcəb çağırmayıblar. Gülər kinayə ilə caavab verdi ki, belə yerdə yada düşmərik. Biz ancaq onların bir yeri qapi arasında qalanda lazım oluruq. Sonra da əlavə etdi ki, dayım lazım bilməyib yəqin, yoxsa dəvət edərdilər. müxalifətdən söz düşəndə isə əsil kişi kimi söyüş söyüb, göz vurur ve deyirdi ki, onların anasını men nə vaxt və necə qayırmaq lazım olduğunu yaxşı bilirəm. deçəsinə görə onların arasında yaxınlıq etdiyi şəxslər var ki, onların vasitəsiylə müxalifətin planlarından vaxtında xəbər tutub, işlərini pozur. deyəsən indi də öz işini pozub))))

  15. ishsizkasib 2012-09-27 09:42:16

    Bazardiye bazar.Kim alir kim satir.Emelli bashti Insan alveri )))). GÜMÜŞ 2012-09-26 11:56:51 :-) Seninle tam raziyam..Onsuzda bunu hami bilir ki bu sohbet baglanacaq. Bura Azerbaycandir, bura chox balaca olkedir ve soz sohbet xalqin qulagina tez chatir. Bunu yuxarda oturanlar ozderide chox gozel bilir. Ellerimizi Allaha tutub yalvaraq ki bizi burdaki gelecek belalardan gorusun.

  16. Aqil. 2012-09-26 23:39:16

    Mən Gülər Əhmədovanın bu hərəkətini başa düşə bilmirəm,əgər ifşa olunubsa - niyə Azərbaycan xalqını axmaq və düşüncəsiz yerinə qoymaq istəyir?Axı video yazıda açıq-aşkar deyir ki,pulu Ramiz Mehdiyev yox - mən Gülər Əhmədova alıram,sonram isə absurd və gülünc bəhanələrlə guya hansısa aldanmış tələbələrin hüquqlarını qoruyuram kimi sözlərlə özünə bəraət qazanmaq istəyir.Onuda bilmək lazımdır ki Gülər xanım tək deyil,bir çox üzdən iraq məmurlar onun günündədir.Görün bu ölkə nə günə qalıb ki ,Gülər xanım prezidentin siyahısından kiminsə adını sildirə və ya o siyahıya saldıra bilir.Umumən prezidentin sərəncamları ilə alver edirlər və sonrada ona - : biz sənə sadiqik kimi sözlərlə utanmadan yaltaqlanırlar.Həyatda hamının səhvi var,ancaq səhvi etiraf edib sidq ürəkdən peşiman olanları ALLAH BAĞIŞLAR! Çox təəsüflər olsun ki Gülər xanım bu kateqoriyaya aid olmaq istəmir,amma hələm gec deyil.İnan ki,heç kim ALLAHIN MƏHKƏMƏSİNDƏN kənar qalmayacaq! İnanıram ki,ALLAH ÖZÜ bu xalqa kömək olacaq və bütün üzdən iraq məmurlar öz layiqli cəzalarını alacaqlar - Amin İNŞAALLAH!!! ALLAHIN MƏHKƏMƏSİNDƏ - rüşvət, day-day,pul keçmir.Bunu başa düşən adam xoşbəxtdir.Bunlar elə bilir ki dünyanı diri tutub qalacaqlar,başa düşmək istəmirlər ki hər şeyin əvvəli olduğu kimi - sonuda var! O son ALLAHIN MƏHKƏMƏSİDİR!

  17. Nargiz 2012-09-26 23:38:56

    Bazarkom Güləri Elşad qəsdən saxlayıb danışdırır,videoya da çekir.Dava yorğan davasıdır.Gülərin adının çəkiləməsinə mane omaq istədiyi adamın torbasını tikirdilər.Görək torbanın dibi cırıq çıxmayacaq ki.

  18. Babek 2012-09-26 22:58:24

    minlerle gancin Arzusu olan bir universitetin mehfinde boyuk rolu olan Sadredindir-Sharafedinndir !

  19. babek 2012-09-26 22:48:40

    Buda Fakt !!!! Hegiget ! Biz Prizidentimize inanirig !!

  20. qara milletin numayendesi 2012-09-26 21:56:55

    eh,biz kasib,sabaha ne yeyeceyimizi fikirlesen fagirlar da yuxarilarin oz aralarinda geden sohbetini esitdi,bundan boyuk seref ola bilmez.hemise ele bilirdim tv gorduyumuz,esitdiyimiz kimi danisirlar oz aralarinda.yeni,medeni,savadli,siyasi terminlerle.sen deme ele bizim kimi danisirmislar ki.guler hakimiyyetin qaynanasidirsa,bes bunun yeznesi kimdir,gelini,diger qudasi,baldizi...en maraqlisi,bes yenge kimdir,hiy????

  21. şəfa 2012-09-26 21:17:03

    baho-o-o!

  22. Vaz kecen 2012-09-26 19:26:25

    men de nece ildi calishib elleshib pul yigiram ki deputat olam; qiymetlerim bele baha oldugunu bilmirdim. her halda indi her sey aydin oldu. menim fikrimce azerbaycanda her yerde oldugu kimi deputat bazarinda da monopoliya var ona gore qiymetler bele bahadir. men teklif edirem ki prezdentimiin sahibkarligimiza komek haqqinda seranacami bu saheye de shamil olsun ve alqi satqilar aciq ve sheffaf kecirilsin .

  23. yalchin 2012-09-26 17:20:10

    o vremena o nravy imperator neron

  24. "DİPM"İB 2012-09-26 12:19:48

    Mən gözəl xanım ,bir ana obrazını ifadə edən Milli Məclisin deputatı Gülər xanımı tanıyırdım.O,o qədər yaraşıqlı idi ki,ona pərəstiş edirdim.Amma üzünün nurunun sürətlə tükənməsinin səbəbini düşüncəsində və əməllərində görmək istəmirdim.İnsan ləyaqətinin maddiyyat qarşısında bu qədər alçalıb rəzil olacağı cəmiyyətimiz üçün təhlükədir.Əlbətdə ki,dünyavi cəmiyyət bundan daha yaxşısını vəd etmir.O ki,qaldı E.Abdulayevə onun da siması qarşı tərəfdən daha yüksək deyil.

  25. GÜMÜŞ 2012-09-26 11:56:51

    guya bundan sonra nəsə dəyişəcəkk ki haml bilirki jakimiyət buna çok asan şəkildə don geydirəcək bir iki gün danışılacak sonra söhbet bağlanacaQ yenə hər kəs öz işinin dalınca

  26. AZER 2012-09-26 10:55:16

    BU DOVLETDE BUTUN MEMURLARIN KREDOSUNUN RUWVET OLMASI HER KESE MELUMDUR.MEMURLAR SURIYA HADISELERINDEN IBRET GOTURSUNLER.O GUN UZAQDA DEYIL. MILLI MECLISIN MARALLARIDA BUNU UNUTMASINLAR.

  27. Vetenin DASHI 2012-09-26 08:44:59

    Bu Gulerin qaraladigi neche neche kishiler yatir Kurdexanida.Bu olkenin bashinda dayananlar ona bu vaxtadek hech ne ede bilmeyibler.Bele chixir ki bu arvad hele chox kishilerin bashini yeyecek.Niye hech kes hech ne deye bilmir ??? Chunki onlarin peshkasidir.!!!

  28. adsiz 2012-09-26 07:54:51

    "DEPUTAT OLMAQ İSTEYEN COXDUR AMMA SECİCİ 1 DENEDİR" ehsen guler ehmedova! bu heqiqeti hec kes bu qeder cilpaqliqla ifade ede bilmemisdir.

  29. Azer 2012-09-26 06:59:24

    Vəssalam, Gülərin əşşəgü öldi. Mənə daha çox maraqlıdı, görəsən YAP bu vəziyyətdən necə çıxacaq? yəqin ki, "Artıq ət" məsələsinə gətirəcək söhbəti. ))))))

  30. seymur 2012-09-26 06:58:07

    niye teeccublendiniz?-onu anlamadim!

  31. elish 2012-09-26 06:49:02

    Hamisi bosh sohbetdir, sadece galmagal yaradib mehshur olmag isteyiller. Ustunden bir 20 ilde kecenden sonra videonu bura goyardizda.... Bu heckese sirr deyil ki orda millionlar firlanir!!!!! siz onlar surduyu mashinlara baxsaz hersheyi basha dushe bilersiz!!!!!!!!! 3 min alan insan 15 neferden ibaret 3 aileni saxlaya saxlaya nece GW yada GL yada lap LC200 ala biler? hansi pula? hami bilirki millet vekili hetta gazet magazini acha bilmez! hersheyde ya arvadinin adinadir yada ashnasinin! ozide resmi razvoddadilar, chunku birden ne deyejey menim hecneyim yoxdur, ne var tut al! 37ci iller gayidmalidir! AZInin gabagina duzmey hamini ve gullelemey!!!!!! Strazburgda gizlenmeynen deyil ki, ya belke viza gurtarib, siyasi siginacag axtarirsan ay Elşad Abdullayev

  32. orxan 2012-09-26 06:35:27

    kul basina ay azerbaygan ne kundesen milli meclis de teze bazar imis !!!!

  33. Elvin 2012-09-26 01:45:32

    heeee. burda hech biri duzgun insanlar deyil. chaqqallar biri-biriyle didiwirler. Chaqqallar didiwende Aslanlar zovq alirlar. Zovq ala ala izleyin eziz Aslanlar;)

  34. sual 2012-09-26 00:29:05

    E.Adullayev sanki Gulerden soz alir, Guler ise ozunu lotu makler kimi aparir. Bu cavan giz da sanki teze ishe bashlayan maklerdir. Goresen bu 2 moshennik-maklerin hansi hansina atir axirda?

  35. Yelkensiz qayiq 2012-09-26 00:16:30

    BİABIRÇILIQ!

  36. gunel 2012-09-25 23:52:35

    Yaziqlar olsun bir millat vakili bela saltanatli yasayanda evlar, masinlar, alanda bilinirki rusvatxorluq bas alibdir gedir. Onsuzda azarbaycanda vatandasin haqqini belalari yeyir ona gorada bizada sadaga qiraqdan seyr qalir.Siyasati aciq bazara dondariblar har seyi pul ila satin alirlar dahsatdi.Qoymasinlar belarini hakimiyyatda.Elsad kasib talabanin pulunu alib min bir yolla gulara verir ki, bir azda qarni gibi dolsun amma bir seyi bilmirlar ki,vaxt galar o ipi allah bogazlarina kecirar kasibin haqqini sorar

  37. SOSU 2012-09-25 23:43:20

    AXIRKI BU QIRMIZI MAMA ADLANAN SEVICINDE AXRI GELDI.VE BOYUK QIZLAR MAMASI GULER EHMEDOVANINDA.EYER BUNDAN SONRA HAQ OZ YERIN TUTMASA BU OLKEDE ANCAQ CENAB ELI KERIMLI HACAN BASCILIQ ELESE ONDA YASAMAQ OLAR. FAKT ISTEYIRDIZ BUDA FAKT.MENE ELE GELIRKI OLKEMIZIN BASCISI BUNU BELE QOYMAYACAQ.VE E.I.ABDULLAYEVIN TEMIZ OLDUQU VE BASINA GETIRILENLER GOZ QABAQINDADI

  38. Esmer 2012-09-25 23:40:48

    Dehşet.Her şey bes belli.Xanım deputatın cavabını sebirsizlikle gözleyirik.

  39. Faik 2012-09-25 22:17:24

    Eslində onların hər biri düzəməlli adam deyil!!! Çünki Elşad Abdullayev sən özün ABU-nun tələbələrinin pulları ilə varlanmısan da!!! Kim olmusan ki...Hamı bilir ki sen ve qardaşların universitetdə nə cür rüşvətxor adamlar olmusunuz. Bəlkə deyəsən belə olmayıb? Bilmirdiniz camaatın pullarını əlində alanda və s. axırınız belə olacaq. İndidə oturmusan Fransada kef eləyirsən millətin pulu ilə!

  40. Rashid 2012-09-25 21:42:32

    Avropa birliyinin bizi ginamaga haggi var ya yox?

  41. mansur 2012-09-25 21:36:42

    Bu video iqtidarin cinayetinin isbatidir. Millet vekili qiymetle bicilir, sesle secilmir. Butun Azerbaycan vetandashlarinin seslerinin resmen ogurlandigi ve pul qarshiliginda satildigi bir faktdir. Bash veren hadiseyle elaqedar olaraq butun seciciler konustitutsiya haqqinin kobud shekilde pozuldugu sebebiyle, secib-secilme huququnu pozan iqtidari mehkemeye vermelidir. Hec vaxt itirmeden butun seciciler mehkemelere axin etsin. Mehkemelerin cixishindan bir basha prezident ve parlament binalari qarshisina cixib, seslerini ogurlayan hökumetin butunlukle istefasini teleb etsin. Bu ishleri muxalifet partiyalari heyata kecirmesin, secib-secilme huququ pozulan sadece muxalifetciler deyil, butun ses verme huququ olan Azerbaycan vetendashlaridir. Bash veren hadise bir qalma-qal deyil, böyuk bir dövleti cinayetdir. Hökumete istefa!

  42. murad 2012-09-25 21:17:06

    budu azerbaycan???her wey saxtadi az qalib darixmayin bele weyler daha olmayacag

  43. realist 2012-09-25 19:21:20

    "Gaynana", "cenab" --ozu ozune destebashi kimi "klichka"lar da goyub! Boyuva gemish olchum senin kimi gadinin!

  44. kamal 2012-09-25 19:09:36

    bu bir olkede korrupsiyanin rusvetin cicekllendiini gosteri.normal demokratik bir olkede siyasi bohran yradacaq bir video goruntudur.bunlar millet vekili postunu 500 min , yaxud 1 mln manata satirlar sanki 19 esrdeki iltizam sistemine benzeyir

Şərhiniz bizim üçün dəyərlidir